Avropa Parlamentinin müşahidə missiyası Azərbaycanda keçirilən seçkilərlə bağlı ilkin rəyini açıqlayıb. Avropa Parlamentinin müşahidə missiyası Azərbaycanda keçirilən seçkilərlə bağlı ilkin rəyini açıqlayıb.

“Demokratik seçki prinsiplərinə Azərbaycan qədər heç bir ölkə əməl etmir” - Avropa Parlamentinin müşahidəçisi

Avropa Parlamentinin müşahidə missiyası Azərbaycanda keçirilən seçkilərlə bağlı ilkin rəyini açıqlayıb.


AzNews.az xəbər verir ki, MM-nın üzvü Frans Ubermayer bildirib ki, seçki qanun pozuntusu olmadan baş tutub: "Yeddi məntəqədə seçkini müşahidə etmişəm. Həmin məntəqələrdə müşahidəçilərin içərisində qadınların olması xüsusilə təqdirə layiq idi. Seçkidə iştirak edən namizədlərin arasında qadın namizədlərin olması da sevindirici hal idi".

İtaliyadan olan millət vəkili, müşahidə missiyasının üzvü Serdjo Divino qeyd edib ki, nə məntəqə qarşısında, nə də daxildə qanun pozuntularuna rast gəlməyib: "Seçkilər Avropa standartlarına uyğun şəkildə keçirilib. Biz ATƏT çərçivəsində bir çox ölkələrdə seçkiləri müşahidə etmişik. Azərbaycanda olduğu qədər digər ölkərlərdə keçirilən seçkilərdə demokratik seçki prinsiplərinə əməl edildiyinin şahidi olmamışam".