“Avropa Şurası Parlament Assambleyası (AŞPA) özünün baza prinsiplərinə, əsas dəyərlərinə və ölkəmizlə bağlı münasibətlərdə beynəlxalq hüquqa dayanan mövqeyə qayıdıbsa, bu, təqdir olunası hadisədir”. “Avropa Şurası Parlament Assambleyası (AŞPA) özünün baza prinsiplərinə, əsas dəyərlərinə və ölkəmizlə bağlı münasibətlərdə beynəlxalq hüquqa dayanan mövqeyə qayıdıbsa, bu, təqdir olunası hadisədir”.

“Avropa Azərbaycanla işbirliyinə getməyə məcburdur” - Deputat

“Avropa Şurası Parlament Assambleyası (AŞPA) özünün baza prinsiplərinə, əsas dəyərlərinə və ölkəmizlə bağlı münasibətlərdə beynəlxalq hüquqa dayanan mövqeyə qayıdıbsa, bu, təqdir olunası hadisədir”.


Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin Müdafiə və Təhlükəsizlik məsələləri komissiyasının üzvü Zahid Oruc Avropa Şurasının Parlament Assambleyası (AŞPA) Ermənistan Silahlı Qüvvələrinin Dağlıq Qarabağdan və Azərbaycanın digər işğal edilmiş ərazilərindən çıxarılması məsələsinə münasibət bildirərkən deyib.

Deputat bildirib ki, hansısa qurumlar bu illər ərzində ölkəmiz əleyhinə bir cəbhə açıbsa, bunun günahı Azərbaycanda olmayıb: "Bundan öncə qurum Ermənistanın əleyhinə qətnamə qəbul etmişdi. O zamanlar ilk növbədə prezidentin həmin qurumda ölkəmizin parlament qrupuna rəhbərliyi dövründə yaranmış əsaslar üzərində bu işin qurulduğuna hər kəs əmin olmuşdu. Həqiqətən də diplomatik siyasi kanallar Azərbaycanın orda lobbi qrupları, həmçinin də geniş parlament dəstək ittifaqı hesabına məlum qərar verilmişdi. Təəssüf ki, ondan sonrakı dövrdə Avropa Şurasının içərisində anti-Azərbaycan dairələri üst mövqeyə gətirildi. Müxtəlif xarici mərkəzlərin əli ilə onlar stimullaşdırırdılar. Hətta Avropa Şurasının rəhbər simalarının vasitəsilə ölkəmiz əleyhinə hücumlar təşkil etdilər. Ondan sonra məlum qətnamə sanki müəyyən mənada siyasi kölgədə qaldı. Bizim ölkəmizlə həmin qurum arasında münasibətlər arxa plana ötürüldü. Ermənistan da bundan maksimum dərəcədə yararlanmağa çalışdı. Belə ki, Azərbaycanla beynəlxalq qurumlar arasında münasibətlər pozulanda Ermənistan aktivləşdi və bundan öz mənafeləri üçün istifadə etməyə başladı. Hətta həmin qurumun nazirlər komitəsinin Azərbaycanın müəyyən bir aralıq dövr üçün rəhbərliyi zamanında ermənilər xeyli təxribatlara əl atdılar. O cümlədən ayrı-ayrı Avropa Şurası təmsilçilərinin ölkəmizə qarşı müxtəlif siyahıları gündəmə gətirməsi də məhz o zamanlara təsadüf elədi. Əgər AŞPA özünün baza prinsiplərinə, əsas dəyərlərinə və ölkəmizlə bağlı münasibətlərdə beynəlxalq hüquqa dayanan mövqeyə qayıdıbsa, bu təqdir olunası hadisədir. Biz bundan sonrakı illərdə bir daha göstərə biləcəyik ki, biz xarici siyasət kursumuzu dəyişməmişik. Azərbaycanın prezidenti bu illər ərzində regional gərginliyə, beynəlxalq dairələrlə həmin ölkələrin arasındakı konfrantasiyaya ( yəni Rusiya və İran ilə bağlı məsələlərə) baxmayaraq bizim dövlətimiz Avropa strukturları ilə əlaqələrini qoruyub saxlayıb. Hansısa qurumlar bu illər ərzində bizim əleyhimizə bir cəbhə açıbsa, bunun günahı bizdə olmayıb. Ona görə də Ermənistanla bağlı Avropa Şurasından gözləntilər Ukraynanın yanında olduqlarının mində biri qədərdir. Bizim əsas gözləntilərimiz onların öz prinsiplərini yerinə yetirməsidir. Biz onlardan əlahiddə bir humanitar yardım və ya siyasi əfv diləmirik. İstədiyimiz onların öz qəbul olunmuş, yəni Avropa Şurasının və ATƏT-in baza prinsiplərinə qayıtmalarıdır".

Zahid Oruc əlavə edib ki, AŞPA Azərbaycanda keçirilən seçkilərdən sonra faktiki vəziyyəti qəbul etməyə məcbur olduqlarını deyib: "Onların Azərbaycanla bağlı fikirlərinin dəyişməsində bir çox amil rol oynayır. Demək olar ki, AŞPA regionu izləyir. Burada onların kifayət qədər kəşfiyyat qrupları var. Bölgədəki siyasi dinamikanın hansısa istiqamətdə getdiyini görürlər. Həmçinin Rusiya aktiv bir şəkildə bölgəyə doğru geri qayıdır. Faktiki olaraq Gürcüstanın son qaz məsələlərində, o cümlədən digər iqtisadi proseslərdə Rusiya ilə yaxından işlər qurmaq niyyətləri qərbi narahat eləməyə başlayır. Yəni deyilən məsələlərin çoxu geopolotik mənadadır. Azərbaycanda keçirilən parlament seçkilərinə yönəlik onların hər tutduğu iradları və hansısa məsələləri bir kənara qoysaq, fakt ondan ibarətdir ki, bu xalq yüz minlərlə bir səviyyədə meydanlara çıxıb Avropadan buyurulan direktivləri yerinə yetirmədi. Həmçinin inqilabi layihələrə dəstək vermədi. Eyni zamanda bu seçkilər hakimiyyət dəyişikliyinə səbəb olmadı. Bu səbəbdən onlar faktiki vəziyyəti qəbul etməyə məcburdurlar. Avropa strukturları Azərbaycanın bütün dövlət strukturları, o cümlədən parlament hakimiyyətinin mandatını tanıyaraq onla işbirliyinə getməyə məcburdur. Düşünürəm ki, belə olan təqdirdə onlar həm də bu cür siyasi revaranslar edirlər".

Sevinc Yasinqızı