“Bu gün dünyada yaşanan iqtisadi böhran hələ ki, davam edir, sonu görünmür. Belə olan halda biz iqtisadi sahədə daha da ciddi islahatlar aparmalıyıq”. “Bu gün dünyada yaşanan iqtisadi böhran hələ ki, davam edir, sonu görünmür. Belə olan halda biz iqtisadi sahədə daha da ciddi islahatlar aparmalıyıq”.

“İqtisadi uğurlar dövlət müstəqilliyinin əsasıdır”- Prezident

“Bu gün dünyada yaşanan iqtisadi böhran hələ ki, davam edir, sonu görünmür. Belə olan halda biz iqtisadi sahədə daha da ciddi islahatlar aparmalıyıq”.


AzNews.az-ın APA-ya istinadən məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyinə həsr olunmuş mərasimdə çıxış edən prezident İlham Əliyev bildirib.

"Ümumiyyətlə, son illər ərzində bizim siyasətimiz ondan ibarət idi ki, biz neft-qaz amilindən asılılığımızı maksimum dərəcədə aşağı salaq, ölkə iqtisadiyyatının şaxələndirilməsinə nail olaq, bölgələrdə yeni iş yerlərinin, sənaye müəssisələrinin yaradılması məsələlərini həll edək", deyə dövlət başçısı qeyd edib.

Prezident İlham Əliyev ölkənin iqtisadi inkişaf dinamikasının davam edəcəyinə əminliyini bildirib: "Həm Dünya Bankı, həm Beynəlxalq Valyuta Fondu hesab edir ki, bu bölgədə - Şərqi Avropada gələcək illərdə ən yüksək iqtisadi templərlə inkişaf edən ölkə Azərbaycan olacaq. Təsadüfi deyil ki, Davos Ümumdünya İqtisadi Forumu ölkə iqtisadiyyatlarının rəqabətqabiliyyətliliyinə görə Azərbaycanı 40-cı yerə layiq görüb. Bu, çox böyük nəticədir. İki yüz ölkənin arasında 40-cı yeri tutmaq, bir çox inkişaf etmiş ölkələri qabaqlamaq doğrudan da böyük nailiyyətdir və bunu biz neftin, qazın hesabına əldə etməmişik. Düşünülmüş siyasət, iqtisadi islahatlar bunu mümkün etmişdir. Biz çalışmalıyıq ki, bu yüksək templəri növbəti illərdə də saxlayaq və beləliklə, iqtisadi inkişafı uzunmüddətli, dayanıqlı edək".

Dövlət başçısı vurğulayıb ki, iqtisadi uğurlar və iqtisadi müstəqillik dövlət müstəqilliyinin əsasıdır: "Əgər biz başqa ölkələrdən asılı vəziyyətdə olsaydıq müstəqil siyasət apara bilməzdik. Bizim gücümüz məhz bundadır. Ona görə də biz çalışırıq ki, daxili resurslardan maksimum dərəcədə istifadə edək və heç kimdən asılı olmayaq. Asılı oldunsa, gərək başqasının sifarişlərini yerinə yetirəsən, yaxud da ki, əziyyət çəkəsən. Biz istəmirik ki, heç kimdən asılı olaq. İstəyirik ki, öz yolumuzla gedək, xalqımız daha da yaxşı yaşasın, dövlətimiz daha da güclənsin. Bir daha demək istəyirəm ki, iqtisadi müstəqillik dövlət müstəqilliyinin əsasıdır".

Prezident İlham Əliyev həmçinin bildirib ki, Azərbaycan bu gün dünyada etibarlı tərəfdaş kimi tanınır: "Bir neçə ildən sonra bizim tərəfdaşlarımızın sayı daha da artacaq. Çünki "Cənub" qaz dəhlizinin icrasından sonra 10-a yaxın, gələcəkdə ondan da çox ölkə Azərbaycan qazını əldə etmək üçün imkan qazanacaq. Ona görə ki, bu sahədə də Azərbaycan liderliyi öz üzərinə götürüb. "Cənub" qaz dəhlizinin, TANAP layihəsinin nəinki təşəbbüskarı, aparıcı qüvvəsi də Azərbaycandır".