Mərkəzi Seçki Komissiyası seçilən deputatların siyahısını Konstitusiya Məhkəməsinə noyabrın 20-ə qədər təqdim edəcək. Mərkəzi Seçki Komissiyası seçilən deputatların siyahısını Konstitusiya Məhkəməsinə noyabrın 20-ə qədər təqdim edəcək.

Yeni deputatların sənədlərinin təsdiqlənəcəyi - Tarix

Mərkəzi Seçki Komissiyası seçilən deputatların siyahısını Konstitusiya Məhkəməsinə noyabrın 20-ə qədər təqdim edəcək.


MSK sədrinin müavini Natiq Məmnmədov AzNews.az-a açıqlamasında bildirib ki, Seçki Məcəlləsinə görə, yeni seçilən deputatların siyahısı səsvermə keçirilən gündən sonra 20 gün müddətində Konstitusiya Məhkəməsinə göndərilə bilər.

Konstitusiya Məhkəməsi deputatların sənədlərini təsdiqləyəndən sonra parlamentin ilk iclası müəyyənləşdiriləcək. Seçkilərin ümumi yekunları rəsmi şəkildə dərc edildikdən sonra isə deputatlara vəsiqələri təqdim olunacaq.

Xatırladaq ki, Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq, parlamentin ilk iclasını ən qocaman deputat açır, yeni seçilən deputatların siyahısını oxuyur və sədr seçilənədək birinci iclası aparır. Sədrin təklifi ilə Hesablayıcı komissiya seçilir və bu barədə qərar qəbul edildikdən sonra gizli səsvermə ilə Milli Məclisin sədri, daha sonra sədr müavinləri, ardınca komitə sədrləri seçilir.

Qeyd edək ki, noyabrın 1-də Azərbaycan Milli Məclisinin V çağırışına seçkilər keçirilib. 125 mandat uğrunda 776 namizəd mübarizə aparıb.

Sevinc YASİNQIZI
AzNews.az