Noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin Hərbi-Hava Qüvvələrinin N hərbi hissəsinin hərbi şəhərciyində yaradılan şəraitlə tanış olub. Noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin Hərbi-Hava Qüvvələrinin N hərbi hissəsinin hərbi şəhərciyində yaradılan şəraitlə tanış olub.

İlham Əliyev hərbi şəhərcikdə - Raketlərə baxdı (Fotolar)

Noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin Hərbi-Hava Qüvvələrinin N hərbi hissəsinin hərbi şəhərciyində yaradılan şəraitlə tanış olub.

Müdafiə naziri Zakir Həsənov dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevə raport verib.

Prezident İlham Əliyev hərbi şəhərciyin baş planı ilə tanış oldu. Məlumat verildi ki, ərazidə əsgər yeməkxanası, yataqxanası, anqarlar, təlim-məşq sinfi, tibb məntəqəsi inşa olunub. Hərbi hissənin ərazisində qarovul binası, komanda məntəqəsi, qazanxana, elektrik yarımstansiyası yaradılıb. Burada tikinti işlərinə 2014-cü ilin aprelində başlanılıb. Ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görülüb, əsgər və zabitlərin istirahəti üçün guşələr yaradılıb.

Dövlət başçısı əsgər yeməkxanasında yaradılan şəraitlə tanış oldu.

Sonra Ali Baş Komandan əsgər yataqxanasında oldu. Yataqxananın foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin əsgər və zabitlərlə görüşlərini əks etdirən fotostend yaradılıb. Dövlət başçısının diqqətinə çatdırıldı ki, bütün ərazi tam mühafizə olunur və nəzarətdədir. Quraşdırılan xüsusi kameralar kənar şəxslər əraziyə daxil olarkən həmin istiqamətə yönəlir və avtomatik siqnalizasiya işə düşür. Əsgər yataqxanasında ideoloji, məişət xidməti və yataq otaqları ən müasir səviyyədə qurulub. Yataqxanada əşya anbarları, hamam və digər zəruri otaqlar var.

Müdafiə Nazirliyinin Hərbi-Hava Qüvvələrinin N hərbi hissəsinin hərbi şəhərciyində yaradılan şərait bir daha təsdiq edir ki, Azərbaycan dövlətinin iqtisadi qüdrəti artdıqca hərbi sahənin daha da müasirləşdirilməsi, əsgər və zabitlərin xidmət şəraitlərinin yaxşılaşdırılması, onların hərbin sirlərinə dərindən yiyələnmələri istiqamətində mühüm layihələr yerinə yetirilir.

Prezident İlham Əliyevə texnika parkı haqqında da məlumat verilib. Buradakı müasir texnikalar döyüş tapşırığını yüksək səviyyədə yerinə yetirməyə qadirdir. Parkda, həmçinin texnikaya texniki xidmət, təmir və yanacaqdoldurma məntəqələri fəaliyyət göstərir.

Sonra Ali Baş Komandan hərbi hissənin raket anbarına baxdı. Dövlətimizin başçısı S-300 PMU-2 Favorit Zenit Raket Briqadasına baxış keçirib, şəxsi heyətin praktiki fəaliyyəti və döyüş növbətçiliyi ilə tanış olub.

Prezident İlham Əliyevə anbar, raketlər və raketlərin döyüş mövqeyinə daşınması üçün nəzərdə tutulan texnikalar barədə də məlumat verilib.

Dövlət başçısı bu il sentyabrın 15-də cəbhənin Ağdam istiqamətində Ermənistanın hərbçilərimiz tərəfindən məhv edilmiş X-55 pilotsuz uçan aparatının qalıqlarına baxıb.

Ali Baş Komandana Müdafiə Nazirliyinin Hərbi-Hava Qüvvələrinin bir sıra hərbi texnikası barədə məlumat verilib. Bildirilib ki, döyüşün idarəetmə məntəqəsi də ən müasir hərbi avadanlıqla təchiz edilib.

Dövlət başçısı təlim-məşq kompleksi ilə tanış oldu. Kompleksdə döyüş növbətçiliyinin aparılmasının təşkili, şəxsi heyətin döyüş texnikası ilə işləmə səriştələri yoxlanılır.

Sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan raketlərin start mövqeyinə gəldi, burada atıcı qurğulara baxıb.

Müdafiə Nazirliyinin Hərbi-Hava Qüvvələrinin N hərbi hissəsinin hərbi şəhərciyində görülən işlər ölkəmizin hərbi qüdrətini bir daha nümayiş etdirir. Ümumiyyətlə, son illər ərzində ordumuzun maddi-texniki bazası daha da möhkəmlənib. Son illər ordumuzun qüdrətinin artırılması istiqamətində həyata keçirilən tədbirlərin nəticəsidir ki, bu gün maddi-texniki təchizat və döyüş qabiliyyəti baxımından Azərbaycan Ordusu nəinki regionun, eləcə də dünyanın ən güclü ordularından biridir. Ordumuz ən müasir silah-sursat, texnika, avadanlıq ilə təchiz edilib. Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin əmri ilə istənilən döyüş tapşırığını yüksək səviyyədə yerinə yetirməyə qadirdir.



image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description