Gürcüstanın sabiq baş naziri Bidzina İvanişvili İran qazının böyük ehtimalla Gürcüstana nəql ediləcəyini bildirib. Gürcüstanın sabiq baş naziri Bidzina İvanişvili İran qazının böyük ehtimalla Gürcüstana nəql ediləcəyini bildirib.

İvanişvili Azərbaycana qarşı çıxdı

Gürcüstanın sabiq baş naziri Bidzina İvanişvili İran qazının böyük ehtimalla Gürcüstana nəql ediləcəyini bildirib.


AzNews.az-ın anspress-ə istinadən məlumatına görə, "Gürcü arzusu" koalisiyasının banisi İranla möhkəm ticarət əlaqələrinin formalaşmasının Gürcüstan üçün zəruri olduğunu qeyd edib.

İvanişvili həmçinin İranla yanaşı Çin və Rusiyanın da Gürcüstan üçün böyük iqtisadi əhəmiyyət kəsb etdiyini qeyd edib.

"Təxminən iki həftə əvvəl mənim səfirlərlə görüşüm oldu. Biz hökumət üzvləri ilə birgə iqtisadiyyatla bağlı fəal işləyirik. Heç nəyi idarə etməsəm də, iqtisadiyyatla əlaqəli olan hər məsələdə iştirak edirəm", - deyə sabiq baş nazir bildirib.

O, İranla möhkəm və dərin ticarət əlaqələrinin qurulmasının əhəmiyyətini qeyd edib. Milyarder məsələnin detallarını açıqlaya bilməyəcəyini qeyd edib. Onun sözlərinə görə, əvvəlcə hökumət bu haqda ictimaiyyətə açıqlama verməlidir. İvanişvillinin sözlərinə görə, o özü danışıqlarda sahibkar kimi iştirak edir.

Onun fikrincə, Gürcüstan İrandan təbii qazı almağa başlayacaq. "Bilin ki, İran, Çin və həmçinin Rusiya bizə mütləq lazımdır. Əgər İran qazı Gürcüstan bazarına daxil olsa, çox maraqlı olardı. Düşünürəm ki, böyük ehtimalla, bu, belə də olacaq".

Keçən ay açıqlama verən Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze Gürcüstanın Rusiyadan daha çox təbii qaz əldə etmək niyyətində olduğunu qeyd etmişdi. Azərbaycanın Gürcüstanı təbii qazla ən çox təmin edən ölkə olduğunu deyən Kaladzenin sözlərinə görə, Azərbaycandan qazın tədarükündə bır sıra problemlər mövcuddur. Nazir bildirmişdi ki, əgər Gürcüstan Rusiyadan daha çox təbii qaz əldə etsə və belə olan təqdirdə bu istiqamətdə Azərbaycanla Rusiya arasında rəqabət yaransa, bu daha müsbət nəticələr verəcək.