Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb. Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb.

Əfqanıstandakı sülhməramlılarımız vətənə qayıtdı

Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb.


AzNews.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, NATO-nun 2015-ci ilin yanvar ayından Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi yeni "Qətiyyətli Dəstək" qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Silahlı Qüvvələrinin 21 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb.

Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 20 noyabr 2002-ci il tarixdən başlayıb.

Hazırda Azərbaycan Silahlı Qüvvələrinin 94 nəfərdən ibarət hərbi qulluqçusu, 2 hərbi həkimi və 2 mühəndis-istehkam ixtisası üzrə zabiti Əfqanıstandakı missiyada iştirak edir.