Millət vəkilləri rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun vəzifədən azad edilməsinə münasibət bildiriblər. Millət vəkilləri rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun vəzifədən azad edilməsinə münasibət bildiriblər.

Millət vəkillərindən Əli Abbasovun işdən çıxarılmasına - Reaksiya

Millət vəkilləri rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun vəzifədən azad edilməsinə münasibət bildiriblər.


Deputat Fazil Mustafa AzNews.az-a açıqlamasında prezidentin istənilən məmuru komandasından uzaqlaşdırmaq səlahiyyətinin olduğunu deyib: "Bu, prezidentin Konstitusiya ilə təsbit olunan səlahiyyətidir. Prezident istənilən naziri komandasından uzaqlaşdıra bilər. Sərəncamda səbəbləri açıqlanmadığına görə motivi barədə bir şey söyləmək çətindir".

Milli Məclisin üzvü Asim Mollazadə isə Ə.Abbasovun vəzifəsindən kənarlaşdırılmasını hökümətin işinin təkmilləşdirilməsi kimi qiymətləndirib: "Söhbət hökümətin işinin təkmilləşdirilməsindən gedir. Buna yönəlmiş fəaliyyəti şərh etməyə ehtiyac görmürəm".

Xatırladaq ki, prezident İlham Əliyev bu gün rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun vəzifəsindən uzaqlaşdırılması ilə bağlı sərəncam imzalayıb.

Bahar RÜSTƏMLİ
AzNews.az