- Köhnə - Siyasət
- 29 Oktyabr 2012 08:22
- 3 427
Deputat oğlu polis rəisi vəzifəsindən azad edildi
Balakən Rayon Polis Şöbəsinin rəisi də postdan uzaqlaşdırıldı
Azərbaycanda bir neçə polis rəisi işdən çıxarılıb. Bu barədə APA-ya hüquq-mühafizə orqanlarından bildirilib.
Məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmrləri ilə Balakən Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Cəlil Mehmanov və Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin rəisi, polis-polkovnik leytenantı Fərid Mirələmov tutduqları vəzifədən azad ediliblər.
Onların hər ikisi sərəncama götürülüb. Məlumat üçün qeyd edək ki, F. Mirələmov Milli Məclisin deputatı, yazıçı-dramaturq Hüseynbala Mirələmovun oğludur.
AzNews.az