- Toplum
- 20 May 16:33
- 951
“Son zəng”in dəqiq tarixi və müddəti məlum oldu
.jpg)
Bu il ümumi təhsil müəssisələrində "Son zəng" iyunun 14-ü keçiriləcək.
Tədbir saat 10-da başlayıb, ən gec saat 12:00-da yekunlaşmalıdır.
Tədbirdə bayağı musiqilər səsləndirilməməli, zorakılığı və zərərli vərdişləri təbliğ edən, siyasi, cinsi, dini və irqi ayrı-seçkilik təbliğ edən ifadələr işlədilməməlidir.
Təlimata əsasən "Son zəng” tədbiri müəssisələrdə tədris prosesinə mane olmadan keçirilməlidir. Həmçinin tədbirdə iştirak edən şagirdlərin xarici görkəminin və geyiminin oxuduğu təhsil müəssisəsinin nizam-intizam qaydalarına uyğun və səliqəli olması təmin edilməlidir.
"Son zəng" tədbirində 1-ci sinif şagirdləri və məktəbdə təhsil alan 11-ci sinif şagirdlərinin valideynləri, təhsil idarəetmə orqanlarının nümayəndələri, yerli icra hakimiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri və qazilər, məktəbin ictimai-sosial həyatında xüsusi rolu olan valideynlər iştirak edə bilərlər. Eyni zamanda əraziyə asayişi qorumaq üçün əvvəlcədən müəyyən edilmiş polis əməkdaşları cəlb olunacaqlar. (teleqraf)
AzNews.az