Söz azadlığı sabitliyə gətirib çıxaran haldır... Söz azadlığı sabitliyə gətirib çıxaran haldır...

Avropa İttifaqı gənclərin aksiyasına şərh verdi - EKSKLÜZİV

Söz azadlığı sabitliyə gətirib çıxaran haldır...



Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi oktyabrın 20-də Fəvvarələr meydanında bir qrup müxalifət gənclərinin keçirdiyi aksiyaya münasibət bildirib.

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin müvəqqəti işlər vəkili Toralf Pilz AzNews.az-a açıqlamasında deyib ki, Avropa İttifaqı Azərbaycanda demokratiyanın inkişafı, sərbəst toplaşma və söz azadlığına böyük əhəmiyyət verir: "İnsan haqları və demokratikləşmə prosesi Avropa İttifaqının yaxından izlədiyi amildir. Avropa İttifaqı hesab edir ki, söz azadlığı sabitliyə gətirib çıxaran haldır və təşkilat bu istiqamətdə Azərbaycana yardım etməyə çalışır. Hesab edirik ki, artıq Azərbaycanda sözügedən sahələrin inkişafı nəzərə çarpır".

Qeyd edək ki, Aİ və Avropa Şurası "Diffamasiya haqqında" qanunun qəbulunda Azərbaycana yardım edir.

Vasif Həsənli
AzNews.az