Rəşad Məcidin Türkiyənin Rusiya hərbi təyyarəsini vurması ilə bağlı “Türkiyə Rusiyaya üzrxahlıq eləməlidir! Yanlış olub, deməlidir” fikri ətrafında yaranan qalmaqal böyüyür. Rəşad Məcidin Türkiyənin Rusiya hərbi təyyarəsini vurması ilə bağlı “Türkiyə Rusiyaya üzrxahlıq eləməlidir! Yanlış olub, deməlidir” fikri ətrafında yaranan qalmaqal böyüyür.

Zərdüşt Əlizadə Aqil Abbas və Rəşad Məcid haqda: “Kiməsə xoş gəlmək üçün...”

Rəşad Məcidin Türkiyənin Rusiya hərbi təyyarəsini vurması ilə bağlı “Türkiyə Rusiyaya üzrxahlıq eləməlidir! Yanlış olub, deməlidir” fikri ətrafında yaranan qalmaqal böyüyür.

Məşhur telejurnalist Sevil Nuriyeva ilə millət vəkili Aqil Abbas və Rəşad Məcid arasında gedən söz davasına politoloq Zərdüşt Əlizadə də qoşulub.

AzNews.az xəbər verir ki, o, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidin ünvanına aşağılayacı ifadələr işlədib: "Belə adamlara fikir vermək lazım deyil. Bu adamların siyasətdən anlayışı yoxdur. Onlar sadəcə kiməsə xoş gəlmək üçün danışmaqla ailələrini dolandırır, güzəranlarını keçirirlər. Axı Türkiyə niyə üzr istəməlidir?"

Z.Əlizadə həmçinin iki ölkə arasındakı "dava"da Türkiyəyə haqq qazandırıb: "Əcəb edib hava məkanını pozan təyyarəni vurub, Ankara formal cəhətdən haqlıdır".

Bahar RÜSTƏMLİ
AzNews.az