Azərbaycan və Ermənistan nümayəndələri Helsinkidə bir araya gələcək

Oktyabrın 31-də Helsinki şəhərində "Sərhədsiz, Hüdudsuz Cənubi Qafqaz: Münaqişələr, Əməkdaşlıq və İnkişaf" mövzusunda konfrans keçiriləcək.

Konfransda iştirak etmək üçün Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktor müavini Gülşən Paşayeva Finlandiyaya səfərə gedəcək. Bu barədə AzNews.az-a SAM-dan məlumat verilib.

Konfrans "Wider Europe Initiative" (WEI) Təhlükəsizlik Qrupu daxilində Təhlükəsizlik və İnkişaf Tədqiqatının bir hissəsi olaraq Finlandiyanın Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Fin İnkişaf Əməkdaşlığı çərçivəsində həyata keçiriləcək.

Konfransda Azərbaycan, Gürcüstan və Ermənistandan nümayəndələrin iştirakı gözlənilir. Tədbirdə Azərbaycanı SAM-ın direktor müavini Gülşən Paşayeva təmsil edəcək.

Vasif Həsənli
AzNews.az