- Köhnə - Siyasət
- 30 Oktyabr 2012 20:10
- 5 114
“Mirələmov qovulmayıb” -DİN
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Ehsan Zahidov bildirib ki, bəzi saytlarda F.Mirələmovun vəzifədən çıxarılmasının H.Mirələmovla bağlanması qətiyyən yolverilməzdir.
E.Zahidov deyib ki, F.Mirələmov daxili işlər orqanlarından qovulmayıb, daxili işlər nazirinin sərəncamına götürülüb: "O, yalnız vəzifədən azad olunub, nazirin sərəncamına götürülüb. Sərəncama götürülən şəxslərin təbii ki, yenidən vəzifəyə təyin olunmaq ehtimalı var. Onlara uyğun müvafiq boş yer olanda sərəncama götürülən şəxslər vəzifəyə təyin olunurlar".
Bununla belə, E.Zahidov deyib ki, işdə yol verdikləri nöqsanlara görə vəzifədən çıxarılanlar sonradan bir qədər aşağı vəzifəyə təyin olunurlar: "Xəzər rayon Polis İdarəsində Daxili İşlər Nazirliyinin ümumi plan əsasında tərəfindən yoxlama keçirilib.
Bu cür yoxlamalar respublikanın bütün şəhər-rayon polis şöbə və idarələrində mütəmadi olaraq həyata keçirilir. Bu yoxlamalar zamanı idarənin, şöbənin xidməti fəaliyyəti yoxlanılır. Nöqsanlar, uğurlar müəyyən olunur və yoxlamanın nəticəsindən asılı olaraq daxili işlər naziri müvafiq əmr imzalayır.
Əgər işdə nöqsanlara yol verilibsə, sözsüz ki, şəxs vəzifədən azad olunur". Bununla belə, E.Zahidov F.Mirələmovun hansı nöqsanlara yol verdiyini açıqlamayıb: "Xidməti fəaliyyət deyilərkən şəxsin ümumən işi nəzərdə tutulur". (teleqraf.com)
AzNews.az