Gülər Əhmədovanın təşkilatına yeni sədr tapıldı

Onu bu vəzifədə Aynur Sofiyeva əvəzləyəcək



Keçmiş millət vəkili Gülər Əhmədova ətrafında cərəyan edən hadisələrlə əlaqədar Azərbaycan Uşaq Təşkilatının gələcək taleyi artıq həll edilib. Hökumət Evində 2-ci mərtəbədə yerləşən təşkilata ayrılan maliyyə vəsaitinin dayandırıldığı, bank hesablarına həbs qoyulduğu yayılan məlumatlar arasındadır.

AzNews.az-a daxil olan digər məlumata görə isə Gülər Əhmədovanın rəhbərlik etdiyi Azərbaycan Uşaq Təşkilatına yeni rəhbər artıq müəyyənləşdirilib. Bundan sonra G.Əhmədovanı təşkilat rəhbərliyində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva əvəz edəcək.

A.Sofiyevanın təşkilata rəhbər təyin edilməsində sədr müavininin bu sahədəki təcrübəsi, həmçinin, beynəlxalq təşkilatlarla əməkdaşlıq imkanlarının yüksək qiymətləndirilməsidir.

Elnur Əzimov
AzNews.az