Prezident İlham Əliyev bu gün Türkiyədə törədilmiş terror aktı ilə bağlı Prezident Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. Prezident İlham Əliyev bu gün Türkiyədə törədilmiş terror aktı ilə bağlı Prezident Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

İlham Əliyev başsağlığı verdi: “İstanbuldakı terror bizi sarsıtdı”

Prezident İlham Əliyev bu gün Türkiyədə törədilmiş terror aktı ilə bağlı Prezident Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.


AzNews.az xəbər verir ki, başsağlığında deyilir:

"Əziz Qardaşım,

İstanbulun Sultanəhməd meydanında törədilmiş partlayış nəticəsində insanların həlak olması və yaralanması xəbərindən olduqca sarsıldıq.

Biz bu amansız terror aktından son dərəcə hiddətlənir, terrorizmin bütün təzahürlərinə qarşı ən kəskin şəkildə və hamılıqla mübarizə aparılmasını zəruri hesab edirik.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!"