Eramızdan əvvəl 43-cü il, Qədim Roma. Qall və frank tayfaları Romanın hərbi qüdrətini sarsıtmaq üçün xəbər yayırlar: "Legionlarda maaşlar yarıbayarı azalıb, legionerlərlə senturionlar arasında münaqişələr başlanıb". O dövrün ən məşhur siyasətçi, filosof və şairlərindən olan Tit Liviy bundan xəbər tutanda demişdi: "Bu yalana fikir verməyin, düşmən bizi sarsıtmaq istəyir. İlk əvvəl çox ehtiyatlı edilən xəyanət belə az sonra sahibini üzə çıxarır". Eramızdan əvvəl 43-cü il, Qədim Roma. Qall və frank tayfaları Romanın hərbi qüdrətini sarsıtmaq üçün xəbər yayırlar: "Legionlarda maaşlar yarıbayarı azalıb, legionerlərlə senturionlar arasında münaqişələr başlanıb". O dövrün ən məşhur siyasətçi, filosof və şairlərindən olan Tit Liviy bundan xəbər tutanda demişdi: "Bu yalana fikir verməyin, düşmən bizi sarsıtmaq istəyir. İlk əvvəl çox ehtiyatlı edilən xəyanət belə az sonra sahibini üzə çıxarır".

Ordumuzu bu dəfə uzaqdan “hədəf“ə almaq istədilər

Eramızdan əvvəl 43-cü il, Qədim Roma. Qall və frank tayfaları Romanın hərbi qüdrətini sarsıtmaq üçün xəbər yayırlar: "Legionlarda maaşlar yarıbayarı azalıb, legionerlərlə senturionlar arasında münaqişələr başlanıb". O dövrün ən məşhur siyasətçi, filosof və şairlərindən olan Tit Liviy bundan xəbər tutanda demişdi: "Bu yalana fikir verməyin, düşmən bizi sarsıtmaq istəyir. İlk əvvəl çox ehtiyatlı edilən xəyanət belə az sonra sahibini üzə çıxarır".


Səhvlərindən nəticə çıxaran insan məntiqli, kobud səhvlərə ümumiyyətlə yol verməyən insan ağıllıdır. Amma yanlışlıqlarını sıralayan, bunu doğru yol sayan və hər səhvi əvvəlindən daha acı olan şəxsin intellektual imkanlarını səciyyələndirmək çətin deyil.
Psixoanalizin "ata"ları belə şəxsləri sadəcə aqressiv qisas hissi ilə yaşayan, natamamlıq kompleksi fərdlər sayırdılar.

Azərbaycanda indi qarışıqlıq, gərginlik, kütləvi narazılıq yaratmaq istəyənlər iğtişaşlar, yürüşlər, "irəli, vur, dağıt" kodları ilə hərəkət edəcək kütlə arzusundadırlar. O kütlə ki, əqlin yox, harasa çağıran və nələrisə vəd edənlərin səsinə qulaq asmalıdır.

Son günlər bir sıra rayonlarda yaradılmasına çalışılan "kütləvi narazılıq aksiya"larının kökündə də məhz reallığı görməyən və əslində görmək istəməyən radikal müxalifət liderlərinin letargiya yuxusundan ayıldıqlarını nümayiş etdirərək mübarizəyə başlamaları imitasiyası durur.
Azərbaycanda müxalifətin potensialı, imkanları, qüvvəsi və ən başlıcası, perspektivlərinin hansı səviyyədə olduğu barədə Qərbdəki beynəlxalq təşkilatlarla yanaşı, ABŞ və Avropa Birliyinin siyasətçiləri, hətta Azərbaycana qarşı aşkar antipatik mövqe tutmuş adamlar belə, dəfələrlə kəskin bəyanatlarla çıxış edərək "siyasi ölü" ifadəsini işlədiblər.



Və indi bu siyasi ölü dirilmək, dəfələrlə özünü absurd, bəzən də paranoidal hərəkətləri ilə qəsd edərək məzarlığa gömdüyü məkandan çıxararaq yaşamaq istəyir.
Hollivudun "saspens" janrındakı filmlərindəki zombiləri, yəqin, görübsünüz. Görübsünüzsə, bilirsiniz ki, xortlamağa çalışan ölünün hərəkət etməsi üçün onun insan əti, qanı ilə qidalanması şərtdir.
Və bizim də yerli "siyasi ölü"lərimiz cəmiyyətin qanını içmək, sosiumun ətini yemək üçün girəvə axtarırlar.

Təhkiyələrdən uzaqlaşsaq, Azərbaycandakı ictimai-siyasi situasiyanı gərginləşdirmək, ölkədəki stabilliyi pozmaq, 300-500 adamın sırf sosial istəklərini siyasi aksiyalar kimi qələmə verməyə çalışanlar eyni vaxtda bir neçə istiqamətdən ölkəmizə hücum edirlər.

İlk istiqamət qismində vətəndaşlar seçilmişdilər. Bəli, məhz ölkə vətəndaşları: məqsəd eyni vaxtda Azərbaycanın müxtəlif yerlərində, xüsusilə də əyalətlərdə kütləvi etiraz aksiyalarına başlamaq, sonra bu spontan narazılıqları idarə olunan nümayişlərə çevirmək və hərəkat formatına salmaqdı.

İkinci istiqamət ölkənin paytaxtı olmaqla yanaşı, siyasi və demoqrafik nəbzi Bakıda aksiyalara başlamaqdı. Bakıda bahalaşmaya etirazlar formatındakı nümayiş və yürüşlər, ssenariyə görə, "hakimiyyət dəyişikliyini şərtləndirən" situasiyanın yaradılmasına aparmalı idi.

Üçüncü istiqamət polis və ordu idi. Azərbaycanda sifarişli "qiyam", o da olmasa "üsyan" yaratmaq istəyənlar anlayırlar ki, hüquq-mühafizə orqanları heç bir halda xaos daşıyıcıları olan elementləri dəstəkləməyəcəklər, əksinə, məkrli planın qarşısını qətiyyətlə alacaqlar.
Belədə Azərbaycana düşmən kəsilən qüvvələr ordu sıralarında, hərbçilər və polislər arasında narazılıq yaratmağa can atdılar.



Hərbçilər Azərbaycanı xarici, polislər isə daxili düşməndən qoruduqları üçün onların zəifləməsi, emosional davranmaları, bədbinləşməsi əslində Bakını hədəfə alan planın reallaşdırılmasını daha da sürətləndirməli idi.

Belə şaxəli, genimşiqyaslı və düşünülmüş planın ölkədəki radikal müxalifətin beyin məhsulu olduğuna inanmaq sadəlövhlükdür, çünki onillərdən bəri qarşılarına qoyulan heç bir məqsədə məhz bacarıqsızlıqlarına, dar dünyagörüşlərinə və müasir dünyanın, xüsusilə də siyasətin çağırışlarını, şərtlərini əsla anlamadıqları üçün çata bilməyən uğursuzlar toplusu Azərbaycanda manatın devalvasiyasından yararlanaraq yeni "inqilab" etmək üçün qolları çirmələməyə cürət etməzdilər. Ən azı, özlərini yaxşı tanıdıqları üçün.
Bəhs etdiyim planın müəllifləri Azərbaycandan kənardadırlar.

Azərbaycana qarşı düşmənlə birləşənlər


Apardığımız müşahidələr çox maraqlı məqamı aşkarladı. Yanvarın 11-də əvvəlcə Ermənistan İnqilabi Federasiyası-Daşnaksutyunun nəzarətindəki üç sayt, daha sonra Ermənistan Müdafiə Nazirliyi ilə sıx əlaqələri olduğunu elə erməni jurnalistlərin etiraf etdikləri news.am saytı Azərbaycanda "əsgər ölümlərinin artması, məvaciblərin azalması və diversiyalar" barədə məlumat yaydılar.
Bəhs etdiyim saytların hər biri məlumatın "etibarlı mənbədən, eksklüziv şəkildə alındığını" iddia etsə də, dərc olunmuş mətnlər konstruksiya, üslub və format baxımı ilə yanaşı, sözbəsöz eyni idi.

Həmin məlumatda "Azərbaycan ordusunda hərbçilərin maaşlarının yarıbayarı azalacağı, ölkədə vətəndaşların bahalaşmaya qarşı etiraz aksiyalarına başlamaq niyyətində olmaları" da vurğulanırdı.
Yanvarın 12-də Azərbaycanda adda-budda çıxışlar, lokal nümayişlər oldu.
İki gün keçdi, bu dəfə az öncə bəhs etdiyim üçüncü istiqamət üzrə işlər başlandı.



Azərbaycanı tərk edərək Almaniyaya mühacirət edən Cəsur Məmmədov ("Sümərinli") Azərbaycan ordusundakı "etibarlı mənbə"dən aldığı "məlumat"ı yayaraq silahlı qüvvələrdə maaşların yarıbayarı azaldılacağını və guya müdafiə xərclərinin azaldılacağını, ciddi ixtisarlar aparılacağını və sərt qənaət rejiminə keçiləcəyini dedi.
Cəsur Məmmədov Almaniyanın paytaxtı Berlində yaşasa da, hərbi ekspert sayıldığını iddia edir. O, Azərbaycan müxalifətindəki REAL hərəkatının funksioneri olmaqla yanaşı, ofisi elə Berlindəki mənzilində yerləşən "Xəzər" Hərbi Tədqiqatlar İnstitutu"nun (Caspian Defense Studies Institute) rəhbəridir.

Azərbaycanın Silahlı Qüvvələrində məvaciblərin guya 30-50 faiz aşağı salınması ilə bağlı yayılan yalanın de-yure müəllifi də ""Xəzər" Hərbi Tədqiqatlar İnstitutu"dur.
Professor Con Entin istənilən konsprilogiya nəzəriyyəsinin ("conspiracy theory") qüsurlardan xali olmadığını vurğulayırdı, amma indi, bəhs etdiyimiz məsələdə hər hansı nəzəriyyəyə və ya "komplo"nun təhlilinə zərurət duyulmur.
Fikir verin: Ermənistanda media Azərbaycan ordusundakı problemlərdən bəhs edir, sonra aşkar diversiyalar başlanır, bir qədər keçir və yenə də ordumuzda olmayan hadisələr, yaşanmamış olaylarla bağlı "etibarlı mənbədən alınan məlumat"ları yaymağa cəhd göstərirlər.
Bu, artıq konspirolji güman yox, faktların ən sadə şəkildə tutuşdurulması və nəticənin hasilidir, deduksiyadır.
Cəsur Sümərinlinin iddiaları Azərbaycan əsgərinin mənafeyi, ordumuzun maraqları və geniş anlamda ölkəmizin təhlükəsizliyinin hədəfə alındığı qərəzli, bilərəkdən paylaşılan dezinformasiyadır.
Cəmiyyət barədə yalan şayiədirsə, həmin cəmiyyətin təhlükəsizliyini və varlığını qoruyan silahlı qüvvələr barədə "mif yaradıcılığı" çox təhlükəli əməl, birmənalı şəkildə pislənəsi vaqedir.
Belə vəziyyətdə Ermənistanın xüsusi xidmət orqanlarının maraqlarının Azərğbaycan ordusu barədə hədyanlar yayanlarla çulğalaşması çoxsaylı suallar doğurur.
Sifarişmi, göstərişmi, yoxsa konkret fərdin merkantil maraqlarının onun təmsil olunduğu düşərgənin istəkləri ilə üst-üstə düşməsi nəticəsində formalaşan dezorientasiya cəhdi? Ola bilər.
Bəlkə Azərbaycanda vəziyyəti gərginləşdirməklə konkret təşkilatların göstərişlərinin yerinə yetirilməsi çərçivəsində görülən iş və perspektivə hesablanmış planın tərkib hissəsi? Niyə də yox, istisna deyil.

Müdafiə Nazirliyi sözünü dedi

Müdafiə Nazirliyi Silahlı Qüvvələrdə məvaciblərin 30-50 faiz aşağı salınması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Açıqlamada deyilib: "Silahlı Qüvvələrin maliyyələşməsi haqqında bəzi elektron kütləvi informasiya vasitələrində yalan və əsassız məlumatların yer alması yalnız təəssüf və təəccüb hissi doğurur.

Müdafiə Nazirliyi səsləndirilən bu qeyri-ciddi iddiaları tamamilə rədd edir. Belə ki, 2016-cı ildə müdafiə sahəsi üçün nəzərdə tutulan xərclər ötən il ilə müqayisədə xeyli miqdarda artıb. Hərbi quluqçuların pul təminatı azalmayıb, Silahlı Qüvvələrin ümumi sayında heç bir dəyişiklik yoxdur. Tam əksinə, mərkəzi aparatda və qərargahlarda edilən ştat-struktur dəyişikliyi nəticəsində optimallaşmaya nail olunub, ön xətdə yerləşdirilən yeni döyüş təyinatlı hərbi hissələrdə ixtisaslı vəzifələrin sayı çoxalıb. Bunun hesabına hərbi quluqçuların maaşları faiz baxımından artıb, şəxsi heyətin və ailə üzvlərinin sosial təminat bazası gücləndirilib.

2016-cı il ərzində Ali Baş Komandanın tapşırığına əsasən bu istiqamətlərdə görülən işlər yenə də davam etdiriləcək.
İl ərzində 10-a yaxın yeni hərbi şəhərciyin, eləcə də xidməti və daimi mənzilərin istifadəyə verilməsi planlaşdırılır. Novruz bayramı günlərində açılacaq 3 yeni hərbi şəhərcik də görüləcək fəaliyyətlərin bariz nümunəsi olacaq. Bu ərəfədə Silahlı Qüvvələrdə təşkil ediləcək "Açıq qapı günü"ndə valideynlər və ictimaiyyət nümayəndələri də deyilənlərin şahidi olacaqlar.

Eyni zamanda döyüş hazırlığının gücləndirilməsi istiqamətində planlaşdırılan ikitərəfli, çoxtərəfli beynəlxalq, o cümlədən birlik və birləşmə səviyyəsində, müxtəlif qoşun növlərinin cəlb olunması ilə xeyli sayda təlimlər də keçiriləcək.
Bir daha bildiririk ki, Silahlı Qüvvələrimizlə bağlı hər hansı məlumat yayarkən şəxsi maraqları kənara qoyub, xalqın maraqlarından və dövlətin təhlükəsizliyi mənafeyindən çıxış etmək zəruridir.

Silahlı Qüvvələrdə il ərzində görülən işlər, fəaliyyətlər, həyata keçirilən bütün tədbirlər barədə Müdafiə Nazirliyi şəffaf şəkildə, vaxtında və faktlarla məlumatları ictimaiyyətə təqdim edəcək".

Göründüyü kimi, yetərincə səbatlı, konkret və geniş bir cavabdır.
Eyni zamanda, orduda məvaciblərin azalması ilə bağlı yalanı hazırlayan və "əlaltı media"ya ötürənlərin məntiqinin qüsurlu olduğunu bir daha anladıq.

Belə idiotizmi gerçək kimi qələmə vermək üçün olduqca primitiv təfəkkür gərəkdir.
Nədən ki, Ermənistan tərəfindən ərazilərinin 20 faizi işğal altında olan Azərbaycan düşmənlə elan edilməmiş müharibə vəziyyətində olduğundan, hərbçilərin məvaciblərinin azaldılmasından söhbət gedə bilməz. Hərbi əməliyyatlar aparan, xüsusilə də torpaqlarını düşməndən azad etməkdə qətiyyətli olan heç bir ölkə indiyədək savaş və ya savaşa hazırlıq anında əsgərlərinin təminatını zəiflətməyib. Əksinə, daha da artırıb.
Dünya təcrübəsində və ümumiyyətlə, tarixdə elan edilməmiş də olsa, müharibə vəziyyətindəki heç bir ölkə ordusunu zərrə qədər zəiflədə biləcək addım atmayıb, qərar qəbul etməyib.

Bundan başqa, Azərbaycanın hərbi xərcləri azaltmağı və ordu sıralarında ciddi təşkilati-struktur yerdəyişmələri edəcəyi ilə bağlı iddia absurd olmaqla yanaşı, bu yalanın hərbiyyədən çox uzaq insanlara hesablandığı aşkardır.
İstənilən orduda ciddi dəyişikliklər gizli, üstüörtülü şəkildə aparılmır və aparıla da bilməz. Belə struktur islahatları barədə hökumət qərar qəbul edir, parlamentdə müzakirələr aparılır, sonra işə başlanılır. Və heç bir ölkə indiyədək silahlı qüvvələrindəki ciddi yerdəyişmələri sirr saxlaya bilməyib.
Azərbaycanda paradoksun yaşanacağını iddia edənlər də məhz plebey təfəkkürlü şüarlara xitab etməyə çalışdıqlarından niyyətləri uğursuzluqla bitib.

Niyə məhz indi?

Əsas sual da budur. Azərbaycanın Silahlı Qüvvələrində aparılan islahatlar, ordumuzun döyüş hazırlığı səviyyəsi və təminatının dəfələrlə artırılması, dövlət büdcəsində müdafiə xərclərinə ayrılan vəsaitin qlobal maliyyə böhranına rəğmən azaldılmaması, yerli hərbi-sənaye kompleksinin yaradılması istiqamətində atılan addımların artıq ciddi və real nəticələr verməsi, döyüş bölgəsində və münaqişə zonasındakı təmas xəttində düşmənin əsgərlərimizə açdığı hər atəşə çox ağır, sarsıdıcı cavabların verilməsi Ermənistanı təşvişə salmaya bilməzdi.



Ermənistan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həll olunmayacağı təqdirdə Azərbaycanın hərbi əməliyyatlara başlayacağını bilir, müharibənin yenidən alovlanmasını istəmir: rəsmi Yerevanın bütün aqressiv bəyanatlarına, bravur çıxışlarına və sərsəm vədlərinə rəğmən.
Məhz buna görə də düşmənimiz ordumuzla bağlı şayiələr yayır, cəmiyyətimizdə nigaranlıq, narahatlığın yaranmasına çalışır və məqsədə çatmaq üçün azərbaycanlı olsalar da, Azərbaycanı bu və digər səbəblərə görə hədəfə alan, ya da almağa hər an hazır olanları sözdə tərəfdar, işdə isə buyruq qulu seçirlər.

Azərbaycanda "qiyam" ssenarisinin puç olduğunu görənlər kənardakı qüvvələrə, havadarlara üz tutublar.
Həmin havadarlardan biri Ermənistan olsa da, bəhz etdiyimiz fiqurlar üçün əhəmiyyəti yoxdur. Çünki həmin quvvələr üçün nə Azərbaycan önəmlidir, nə xalq, nə də dövlət.
Əsas ambisiyalar, puldur.
Pulu düşmən versə də...

Milli.az