AzNews.az-ın “Bir hovur” layihəsinin növbəti qonağı psixoloq Gülnar Orucovadır. AzNews.az-ın “Bir hovur” layihəsinin növbəti qonağı psixoloq Gülnar Orucovadır.
  • Toplum
  • 13 Oktyabr 2018 12:08
  •  5 116

“20 minlik bir vazaya görə ailə dağıldı” - Psixoloqla "Bir hovur" söhbət

AzNews.az-ın “Bir hovur” layihəsinin növbəti qonağı psixoloq Gülnar Orucovadır.

- Bir az özünüzdən danışın...

- Yaşımın gənc olmasına baxmayaraq, çox tez ailə qurmuşam. Bəzən deyirlər, erkən evliliklər doğru qərar alınmayan evliliklərdir, düzgün yola aparılmayan evliliklərdir. Amma mən belə deməzdim. Erkən evləndim, sevdiyim insanla ailə qurdum. Deyərdim ki, yoldaşımla heç dalaşmadım. Əslində bunu başqa məsələ ilə izah edirəm. Yoldaşım da, mən də səhər tezdən çıxırıq. Günün müəyyən hissəsi bir- birimizi görmürük və axşam evə gələndə bir-birimiz üçün darıxırıq.

Ailəni quranda birinci çalışmaq lazımdır ki, sevdiyiniz insanla ailə qurasan. Ailəni kiminsə xətrinə qurmaq olmaz.

Bir dəfə bir deputatımız demişdi ki, ailənin nə olduğunu Amerikada görüb. Mən qadının kişiyə, kişinin qadına necə hörmət qoyduğunu orada gördüm. Deməli mentalitetdən asılı bir şey deyil. O amerikalıdan soruşsaq, bəlkə də qadının neçəncisə əridir. Amma orada bunu problem etmirlər. Azərbaycanda isə deyərlər: “Qadın papaq deyil başdan-başa qoyula”.

Buna görə də ölkədə ailələrdə ciddi problemlər yaşanır.

19 yaşımda ailə qurdum. Amma o yaşımda işləyirdim, o vaxt üçün 40 şirvan maaş alırdım ki, bu da az hesab olunmurdu. Yəni elə bir zamanda ailə qurmuşdum ki, həyat yoldaşımın mənə baxacaq imkanı olmasa, belə mən özümə və uşağıma baxa bilərdim.

Çox vaxt ailələr arasında problem işsizliklə bağlı olur. Ərinin işi yoxdursa, sən də işləmirsənsə, bu nikahı ərtələyə bilərsən. Nikahı maddiyyat üzərində qurmaq olmaz.

Bir dəfə bir qadın mənə müraciət elədi. Deməli bu qadın bir vaza almışdı. Vazanın qiyməti 20 min manat civarında idi. Deyirdi “həyat yoldaşım mənə o vazanı almaq istəmədi, həmin pula maşın almağa razı idi, amma həmin vazanı almağa yox”. Xanım təkidlə vazanı alıb. Soruşdum ki, o vazaya gündə neçə dəfə baxıri? Deydi, heç baxmır. Ancaq aldığı gün vazanın yanında yatıb.

Yəni sözüm odur ki, zaman keçdikcə insan o əşyadan bezir. Ona görə də münasibəti keçici şeylərə qurban vermək olmaz. 20 minlik bir vazaya görə ailə dağıldı.

Qadın ağıl küpü olmalıdır. Mənə görə qadın kişidən hər zaman ağıllı olmalıdı və ailəni idarə etməyi bacarmalıdır. Mən çalışıram ailəmdə problemlər yaşanmasın. Ərim də mənim kaprizlərimə dözür. Həftədə mütləq bir gününü mənə ayırmalıdır.

-Pasientləriniz sizi yorur?

- Ümumiyyətlə, belə deyərdim ki, işim mənim istirahətimdir. Mən işimdə heç bir zaman yorulmuram. Çünki eyni tip insanlar və yaxud da eyni diaqnozdan əziyyət çəkən xəstələrlə işləmirəm. Bəzən bunu səhv olaraq qəbul edirlər ki, əgər bir insan sırf psixoloqdursa, uşaq sahəsində işləyibsə, spesifik sahəni götürməlidir və o sahəni işləməlidir. Məsələn, bəzi psixoloqlar, böyüklərlə işləmir. Səbəb olaraq deyirlər ki, onlarla işləmək çətindi. Xeyr, əslində böyüklərlə işləmək uşaqlarla işləməkdən qat-qat asandır. Çünki hər bir problem uşaqlıqdan qaynaqlanır. Uşaqlıqda o problem həll olunmursa, məsələ böyüyəndə daha da ciddiləşir . Mən pasientlərimi yaş kateqoriyasına görə bölmürəm. Ona görə də işimdən yorulmuram və pasientlərimin məni yorduğunu da düşünmürəm. Onlar motivasiya verir, ruh verir. Onların problemini eşidirəm, öz problemim gözümdə kiçilir.

  • Psixoloq olmaq nə deməkdir, psixoloqun hansı məsuliyyətləri var?
  • Belə deyirlər , psixoloq o kəslər olur ki, öz problemlərinə çarə axtarırlar. Yəni özü problem yaşayan və araşdıran insanlar psixoloq olurlar. Psixoloq olmağın məsuliyyəti böyükdür. Psixoloq olan insan qarşısındakı hər bir insanı başa düşməli, dərdini anlamağı bacarmalıdır. Bəzən psixoloq bir nöqteyi-nəzərdən çıxış edir- mentalitet nöqteyi-nəzərindən. Milli mentalitet, əlbəttə ki, bizim dəyərlərimizdir, biz ona uyğun olmağa çalışmalıyıq. Elə problemlər olur ki, onlara mentalitet baxımından yanaşanda qarşımızdakı insana zərər vermiş oluruq. Bəzi insanlar elə düşünür ki, psixoloqa gedəndə mutləq onun dediklərini etməlisən. Amma psixoloqun işi səni istiqamətləndirməkdir. Sənə nəyisə təkid edə bilməz. Psixoloqun öz baxış bucağı olur, öz baxış bucağına uyğun məsləhət verir, yol göstərir.

Mən hazırda psixoloji mərkəzlərlə işləmirəm. Səbəb deyə bilərəm ki, psixoloqa konkret qrafik verirlər. Bu qrafik daxilində gəlməlisən, bu qrafik daxilində getməlisən. Yəni elə qrafik qoyulur ki, artıq psixoloq özü yorulur. Yanma sindromu yaşayır, aqressiya yaranır. Demək istəyirəm ki, ağır qrafikdə işləyən psixoloqlar özlərinə ziyanlıdırlar.

- Özünüzün psixoloqa ehtiyac duyduğunuz vaxtlar olub?

- Əlbəttə hər bir psixoloqun psixoloqa ehtiyac duyduğu vaxtlar olur. Biz buna supervayzer deyirik. Mənim özümün də supervayzerim var. Zaman –zaman mən onun yanına gedirəm. Həmçinin digər psixoloqlar da getməlidir. Əks halda, bayaq dediyim kimi yanma sindromu yaşana bilər.

- Necə istirahət edirsiniz?

- Ən çox qızımla istirahət etməyi sevirəm. Qızımın 13 yaşı var. Sanki böyük bir insandı. Bəzən bilmədiyim şeyləri ondan öyrənirəm. Məsələn, mənə deyir ki, ana, sən verlişlərdə çıxış edirsən, mən onları bir yerə yığıb sənə youtube kanalı açacağam.

Ən çox sevdiyim yer Türkiyədir. Avropa məni cəlb eləmir nədənsə. Məni daha çox, Xəzəryanı dövlətlər cəlb edir və istirahətimi oralarda edirəm. Kimsə qədimiliyi sevə bilər, amma mən nədənsə sevmirəm. Ona görə də çalışıram müasir, insanların çox olduğu, qaynar yerlərə gedim. Məsələn, bulvarı çox bəyənirəm. Çünki insanlar çox olur orada. Batumini sevirəm, orda insanlar çoxdu, əyləncə çoxdu.

Qədim, tarixi yerlərə də getmişəm, düzdür, gözəldir, amma nədənsə istirahət edə bilməmişəm. Oralarda məni özünə çəkən bir şeylər olmayıb.

İnsana istirahət üçün ən vacibi açıq havadır. İnsanın beyninin istirahəti üçün açıq hava mütləqdir. İnsan bir yatanda, bir də gözlərini yumanda beyni dincəlir. Ona görə də çalışıram açıq havada çox olum.

Səidə Nurməmmədli,

AzNews.az

image description image description image description image description image description