“Gəlinimin traktorların müşayiəti ilə gətirilməsinə etiraz etdim”. “Gəlinimin traktorların müşayiəti ilə gətirilməsinə etiraz etdim”.
  • Toplum
  • 15 Oktyabr 2018 15:39
  •  4 013

Traktor karvanı ilə gəlin gətirən bəyin atası danışdı: “Görəndə çaşıb qaldıq...”

“Gəlinimin traktorların müşayiəti ilə gətirilməsinə etiraz etdim”.

Bunu AzNews.az-a açıqlamasında Şəki şəhəri Öryət kənd sakini İsabala Əsgərov oğlunun toyunda gəlin maşınının şadlıq sarayına traktorların müşayiəti ilə aparılmasından danışarkən deyib. O, bəyin dostlarının onun üçün hazırladığı toy surprizini belə izah edib:

“Oğlum uşaqlıqdan kənddə traktor sürür, qazancı bundan çıxır. Həmin uşaqlar da onun traktorçu dostlarıdır, ayrı-ayrı kəndlərdə yaşayırlar. Onlardan hansısa bu ideyanı irəli sürüb. Aparıb bütün traktorları yuyub, bəzəyiblər. Traktor karvanını görəndə çaşıb qaldıq. Düzü, mən buna etiraz etdim. Dedim karvan yolu bağlayar, bir hadsiə olar, şad günümdə bir qanqaraçılıq olmasın. Qoymurdum. Yığışdılar ki, bu bizim Ümidə surprizimizdi. Səhəri bütün rayon bu toydan danışdı. Köhnə bir ənənə geri qayıtmışdı. Axı bu zəmanədə heç kim traktor karvanı ilə gəlin aparmır”.

Qeyd edək ki, Şəkidə maraqlı hadisə baş verib. Rayonun Öyrət kəndində toy günü gəlin maşını şadlıq sarayına traktorların müşayiəti ilə gətirilib.

Bahar RÜSTƏMLİ
AzNews.az