Qəbulda sakinlərin müraciətləri dinləniləcək Qəbulda sakinlərin müraciətləri dinləniləcək
  • Toplum
  • 17 Oktyabr 2018 17:02
  •  2 523

Səhiyyə naziri vətəndaşları qəbul edəcək

Qəbulda sakinlərin müraciətləri dinləniləcək

Səhiyyə naziri Oqtay Şirəliyev 18 oktyabr 2018-ci il tarixində saat 11:00-da Göygöl Mərkəzi Rayon Xəstəxanasında vətəndaşları qəbul edəcək.

AzNews.az Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, nazir Göygöl, Gəncə, Daşkəsən, Samux rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.

Qəbulda habelə sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.

Qeyd edək ki, qəbula yazılmaq istəyən vətəndaşlar Göygöl Mərkəzi Rayon Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.

Səidə Nurməmmədli,

AzNews.az