Komitə sədri vətəndaşları qəbul edəcək. Komitə sədri vətəndaşları qəbul edəcək.
  • Toplum
  • 19 Oktyabr 2018 12:05
  •  1 489

Mübariz Qurbanlı Göyçayda

Komitə sədri vətəndaşları qəbul edəcək.

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı oktyabrın 23-də Göyçay rayonunda vətəndaşları qəbul edəcək.

AzNews.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.

Qəbul H.Əliyev prospekti, 68 ünvanında yerləşən Göyçay Rayon Heydər Əliyev Mərkəzində saat 11:00-da keçiriləcək.
Qəbulda Ucar, Zərdab, Kürdəmir və Göyçay rayonlarının sakinləri iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

Nurlan AĞA
AzNews.az