Hadisə Yevlaxın Nizami küçəsində qeydə alınıb. Hadisə Yevlaxın Nizami küçəsində qeydə alınıb.
  • Toplum
  • 22 Oktyabr 2018 23:25
  •  1 459

Yolu keçən yeniyetməni maşın vurdu

Hadisə Yevlaxın Nizami küçəsində qeydə alınıb.

Yevlax şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ağdam rayonundan məcburi köçkün olan, 1991-ci il təvəllüdlü Nizami Şirinov idarə etdiyi "VAZ-21023" markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən Yevlax şəhər sakini, 2003-cü il təvəllüdlü Cəlal Qasımovu vurub. Nəticədə piyada müxtəlif bədən xəsarətləri alıb.

O, xəstəxanaya yerləşdirilib. C.Qasımovun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.(report.az)

AzNews.az