Kreml Avropa Parlamentini "quduz bəyanatlar maşını" adlandırıb

Kremlin sözçüsü Dmitri Peskov keçirdiyi brifinqdə deyib ki, Avropa Parlamentinin (AP) Rusiyada keçirilən prezident seçkiləri ilə bağlı qətnaməsi Moskvanın qulaq asmağa hazır olduğu bəyanatı deyil.

"Bu, çətin ki, qulaq asmağa hazır olduğumuz ifadələrdir", deyə Peskov qeyd edib.

Peskov əlavə edib ki, Avropa Parlamenti çoxdan “güclü, ardıcıl rusofobiya” mövqeyindədir.

Kremlin sözçüsü bildirib ki, əsas dialoq qurmaq funksiyasından fərqli olaraq, AP “quduz bəyanatlar maşınına” və “daxili ziddiyyətlər”ə çevrilib.