Millət vəkilinin Türk Dünyası istiqamətində fəaliyyəti xüsusi qiymətləndirilib Millət vəkilinin Türk Dünyası istiqamətində fəaliyyəti xüsusi qiymətləndirilib
  • Toplum
  • 12 Noyabr 2018 15:27
  •  3 550

Türkiyənin daxili işlər naziri Qənirə Paşayevaya ödül verdi

Millət vəkilinin Türk Dünyası istiqamətində fəaliyyəti xüsusi qiymətləndirilib

Millət vəkili Qənirə Paşayeva 9-cu Beynəlxalq Buhara Medya Ödül mərasimində "Türk Dünyası Mədəniyyətinə Xidmət Ödülünə” layiq görülüb.

AzNews.az xəbər verir ki, mükafatı millət vəkilinə Türkiyənin daxili işlər naziri Süleyman Soylu təqdim edib və Q.Paşayevanın Azərbaycan-Türkiyə münasibətləri, Türk Dünyası istiqamətində fəaliyyətinin xüsusi qiymətləndirərək onu təbrik edib, uğurlar diləyib.

Siyasət, iş dünyası, QHT və KİV sahəsində tanınmış şəxslərin, tanınmış sənət adamlarının, onlarla tanınmış insanların iştirak etdiyi mərasimdə ödül alarkən millət vəkili Q.Paşayeva mükafata görə təşəkkürünü bildirib və bu ödülü Vətənimiz üçün canını fəda edən qəhrəman şəhidlərimiz və özünün Türk dünyası sevdası, duyğu, düşüncə və əməlləri ilə Türk gəncliyinə böyük örnək olan, yol göstərən Türk dünyasının aydınlarını rəhmət və sayğı ilə anaraq, onların ruhları qarşısında baş əyərək alıram, deyib.

Millət vəkili müsəlman şərqində ilk cümhuriyyət olan Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümündə, Azərbaycan Parlamentinin 100-cü ildönümü və nəinki şərq, hətta bir çox qərb ölkələrində qadınların seçib-seçilmək hüququna malik olmadığı bir vaxtda Azərbaycan Xalq Cümhuriyyətində qadınlara seçib-seçilmək hüququnun verilməsinin 100-cü ildönümündə bu mükafatı bir qadın millət vəkili olaraq almaqdan qürur duyduğunu deyib.

Azərbaycanın ümumimilli lideri Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir”, Azərbaycan Prezidenti İlham Əliyevin bir neçə gün əvvəl Türkiyədə STAR neft emalı zavodunun açılışında söylədiyi “Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü Türkiyənin gücüdür” düşüncəsini xüsusi vurğulayan Qənirə Paşayeva birlik gücünü artırmaq üçün Azərbaycan və Türkiyənin ziyalıları, bir millətin övladları daha çox çalışmalıyıq, deyib.

Bu mükafatı bir etimad və məsuliyyət olaraq dəyərləndirdiyini deyən millət vəkili buna layiq olmaq üçün bundan sonra da var-gücü ilə çalışacağını bildirib.

İşğalçı Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından danışaraq Qarabağ məsələsi bütün türk dünyasının ortaq məsələsidir, deyən millət vəkili Q.Paşayeva "İnşallah gələn tədbirləri işğaldan azad edəcəyimiz Dağlıq Qarabağda, Xankəndidə, Şuşada, Laçında və digər o gözəl torpaqlarda keçirək”, deyib.

Türkiyə sizin qədər bizim vətənimiz, Azərbaycan da bizim qədər sizin Vətəninizdir; deyən millət vəkili ödül mərasimində iştirak edən siyasət, iş dünyası, QHT və KİV sahəsində tanınmış şəxslərə, tanınmış sənət adamlarına müraciət edərək onları Azərbaycana dəvət edib, birliyimizin güclənməsi istiqamətində daha fəal olmağa çağırıb.

Millət vəkili Q.Paşayevanın tədbirdə çıxış videosunun linkini burdan izləyə bilərsiniz.

AzNews.az

image description