Abel Məhərrəmovu Əmrah Dadaşovun əvəz etməsi barədə yayılan məlumat əsassızdır. Abel Məhərrəmovu Əmrah Dadaşovun əvəz etməsi barədə yayılan məlumat əsassızdır.
  • Toplum
  • 16 Noyabr 2018 15:45
  •  4 970

Rektoru Əmrah Dadaşov əvəz etmir - BDU-dan açıqlama

Abel Məhərrəmovu Əmrah Dadaşovun əvəz etməsi barədə yayılan məlumat əsassızdır.

BDU-nun dünən işdən azad edilən rektoru Abel Məhərrəmovu professor Əmrah Dadaşovun əvəz etməsi barədə yayılan məlumat əsassızdır.

Bu sözləri BDU mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova deyib. Onun sözlərinə görə, hazırda BDU-ya rektor əvəzi təyin olunmayıb.

Qeyd edək ki, professor Əmrah Dadaşovun BDU-nun rektor əvəzi təyin edildiyi xəbərini Minval.info tirajlayıb. Hazırda birinci prorektor da daxil olmaqla, 5 prorektordan heç birinin bu funksiyanı yerinə yetirməməsi isə prorektorların ötən gün rektorla birgə vəzifədən alınması haqda yayılan məlumatın səhihliyini gücləndirib.

Universitetin mətbuat xidməti prorektorla bağlı məlumatı şərh etməyib.(axar.az)

© AzNews.az