“Keçən ayın on üçündən piyada gedib, gəlirik” “Keçən ayın on üçündən piyada gedib, gəlirik”
  • Toplum
  • 16 Noyabr 2018 16:19
  •  1 151

Sürüşmə zonasının sakinləri: Yollarda qalmışıq – VİDEO

“Keçən ayın on üçündən piyada gedib, gəlirik”

Badamdar 20-ci sahə ərazisinin sakinləri yolun açılmasını, eləcə də sürüşmə zonasının üst hissəsində olan evlərdə komunal xidmətlərin bərpasını istəyir.

ARB TV xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, mayaklarda və torpaq səthinə yerləşdirilən reperlərdə dəyişikliklər müşahidə olunmur.

Rafiq Həsənov – Geoloji Planlama Ekspedisiyasının dəstə rəisi: “Bu o demək deyil ki, sürüşmə, uçqun prossesi tam başa çatıb. Hal-hazırda ərazidə vəziyyət stabil-gərgin olaraq qalmaqdadır. İstənilən an aktivlik baş verə bilər. Atmosfer yağıntıları, küləyin təsiri və digər texnogen təsirlərdən aktivlik baş verə bilər”.

Ərazinin üst hissəsində qazılan subartizan quyularında isə işlər başa çatdırılıb. Su çəkilərək kanalizasiyalara yönləndirilir.

Sürüşmə zonasının böyük əksəriyyətində isə yaşayış var. Kommunal xidmətlərin verilişi isə bərpa edilməyib. Sakinlər elektrik enerjisini generatordan, suyu isə marketlərdən alırlar.

Badamdar 20-ci sahə yolunun sol kənarında məskunlaşan sakinlər isə adıçəkilən yolun bağlı qalmasının onlara çətinliklər yaratdığını deyirlər.

Sakin: “Çoxdandır ki, yollar sürüşməyə görə bağlanıb. Qalmışıq yollarda. Gedib, gələ bilmirik. Marşurut işləmir”.

Sakin: “Keçən ayın on üçündən piyada gedib, gəlirik”.

Rafiq Həsənov isə sözügedən çətinliklərin aradan qaldırılması üçün ərazidə mühəndis işlərinin aparılacağını deyir:

“Ərazidə dəqiq mühəndisi geoloji araşdırmalar aparılmalıdır. Bu araşdırma işlərindən sonra yekun söz deyilə bilər. Həm yolun açılması istiqamətində, həm də digər problemlərlə əlaqədar”.

Marşrut avtobusları isə yalnız yolda hərəkətin bərpa olunacağı halda həmin istiqamət üzrə hərəkət edə biləcək.

AzNews.az