Sürücülərdən hərəkətdə diqqətli olmaları xahiş olunub Sürücülərdən hərəkətdə diqqətli olmaları xahiş olunub
  • Toplum
  • 17 Noyabr 2018 10:28
  •  1 520

Paytaxtın bu istiqamətində yollar qismən məhdudlaşdırılacaq

Sürücülərdən hərəkətdə diqqətli olmaları xahiş olunub

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ( AAYDA) Akademik Milli Dram teatrı ətrafındakı yolları qismən məhdudlaşdıracaq.

Qeyd edilib ki, Akademik Milli Dram teatrının ətrafında olan yollarda aparılan profilaktik işlər çərçivəsində noyabrın 17-18 tarixlərində sözügedən ərazidə hərəkət işlərin aparıldığı hissələr üzrə qismən məhdudlaşdırılacaq: "Belə ki, yolun bağlanması nəzərdə tutulmur".

"AAYDA sürücülərdən sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələrini xahiş edir", - deyə məlumatda vurğulanıb. (report)

© AzNews.az