Bakıda yanğın hadisəsi qeydə alınıb. Bakıda yanğın hadisəsi qeydə alınıb.
  • Toplum
  • 17 Noyabr 2018 13:54
  •  1 737

Bakıda yanğın: 20 nəfər təxliyyə edildi

Bakıda yanğın hadisəsi qeydə alınıb.

AzNews.az FHN-ə istinadən xəbər verir ki, Bakının Səbail rayonunda ikimərtəbəli binanın (1-ci mərtəbəsi restoran, 2-ci mərtəbəsi otel kimi fəaliyyət göstərir) 1-ci mərtəbəsində restoranın tüstü borusunun içərində yağ qalıqları 12 p.m və dam örtüyündə tüstü bacasının ətrafı 3 m² sahəsi yanıb. Yanğın zamanı 20 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub.

Restoranın qalan hissəsi və bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Yanğın zamanı xəsarət alan olmayıb.

Bahar RÜSTƏMLİ
AzNews.az