Sululuğun durumu öyrənilib Sululuğun durumu öyrənilib
  • Toplum
  • 19 Noyabr 2018 16:43
  •  1 453

Çaylarda son vəziyyət

Sululuğun durumu öyrənilib

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-130, Kiçik Qafqazın çaylarında 90-100, Lənkəran-Astara bölgəsi çaylarında isə orta hesabla 60-80 faizini təşkil edir.

AzNews.az ETSN-ə istinadən xəbər verir ki, noyabrın 19-da Respublikanın çaylarında və transsərhəd çaylarında mövcud vəziyyət belədir:

Tranzit çaylarda - Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 228 m3/s olmaqla ongünlük normanın 130 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 160 m3/s olmaqla ongünlük normanın 91 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 9 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 102 m3/s olmaqla, ongünlük normanın 119 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 39,5 m3/s təşkil edərək ongünlük normanın 46 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 17, Şirvanda 12, Salyanda 8, Bankədə 4, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 5 sm artım müşahidə olunub.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 395 sm (2017-ci il noyabrın 19-da 367 sm), Şirvanda 285 sm (2017-ci il noyabrın 19-da 257 sm), Salyanda 255 sm (2017-ci il noyabrın 19-da 217 sm), Bankədə 234 sm (2017-ci il noyabrın 19-da 197 sm), Araz çayının Novruzlu məntəqəsində isə 125 sm (2017-ci il noyabrın 19-da 90 sm) təşkil edir.

Səidə Nurməmmədli,

AzNews.az