Yağan yağışlar çaylarda suyun səviyyəsinin artması ilə nəticələnib. Yağan yağışlar çaylarda suyun səviyyəsinin artması ilə nəticələnib.
  • Toplum
  • 30 Noyabr 2018 15:31
  •  1 558

Azərbaycan çaylarının hazırkı durumu açıqlanıb

Yağan yağışlar çaylarda suyun səviyyəsinin artması ilə nəticələnib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a verilən məlumata görə ötən günlər ərzində bəzi yerlərdə yağan intensiv yağış nəticəsində Respublikanın xüsəsən Lənkərən-Astara bölgəsi çaylarında sululuğun artımı müşahidə olunub.

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-90, Kiçik Qafqazın çaylarında 100-180, Lənkəran-Astara bölgəsi çaylarında isə orta hesabla 300-500 faizini təşkil edir.

Tranzit çaylarda hazırkı vəziyyət

Noyabrın 30-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 7 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 208 m3/s olmaqla ongünlük normanın 112 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 175 m3/s olmaqla ongünlük normanın 95 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 106 m3/s olmaqla, ongünlük normanın 294 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 36 m3/s təşkil edərək ongünlük normanın 45 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırkı vəziyyət

Noyabrın 30-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra və Şirvan məntəqəsində 2, Salyanda 4, Bankədə 16, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 3 sm artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 408 sm (2017-ci il noyabrın 30-da 362 sm), Şirvanda 281 sm (2017-ci il noyabrın 30-da 233 sm), Salyanda 243 sm (2017-ci il noyabrın 30-da 189 sm), Bankədə 237 sm (2017-ci il noyabrın 30-da 195 sm), Araz çayının Novruzlu məntəqəsində isə 115 sm (2017-ci il noyabrın 30-da 88 sm) təşkil edir.

Səidə Nurməmmədli

AzNews.az