ADPU-da “Media və təhsil dialoqu” mövzusunda konfrans keçiriləcək ADPU-da “Media və təhsil dialoqu” mövzusunda konfrans keçiriləcək
  • Toplum
  • 11 Dekabr 2018 14:46
  •  1 611

Universitetdə konfrans: “Media və təhsil dialoqu”

ADPU-da “Media və təhsil dialoqu” mövzusunda konfrans keçiriləcək

Dekabrın 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetində “Media və təhsil dialoqu” mövzusunda altıncı təlim-konfransı baş tutacaq.

AzNews.az məlumat verir ki, konfransda Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Təhsil Nazirliyinin əməkdaşları, media qurumlarının rəhbərləri, ali təhsil müəssisələrininin mətbuat xidmətlərinin rəhbərləri iştirak edəcəklər.

Tədbirin keçirilməsində məqsəd ali təhsil müəssisələrinin media və təhsil əlaqələrinin möhkəmləndirilməsi, ictimaiyyətlə əlaqələr üzrə peşəkar vərdişlərin artırılması, universitetlərin veb saytlarının müasir standartlara uyğunlaşdırılması və əlçatanlığın təmin olunmasıdır.

Təlim-konfransdan əvvəl pedaqoji ixtisaslara yüksək balla qəbul olmuş tələbələrin dərs prosesi izlənəcək. Daha sonra “Universitet veb saytının istifadəçilər üçün əlçatanlığının təmin olunması”, “Veb saytlarda yeni funksiyalardan səmərəli istifadə və təhlükəsizlik”, “Ali təhsil müəssisələrinin rəqəmsal alətlərdən istifadəsi və onların nəticələri” mövzularında təqdimatlar olacaq.

Səidə Nurməmmədli
AzNews.az