Sürücülərdən diqqətli olmaları xahiş olunur. Sürücülərdən diqqətli olmaları xahiş olunur.
  • Toplum
  • 15 Dekabr 2018 16:15
  •  2 822

Bu yolda rənglənmə işləri aparılır: Sürücülərin diqqətinə

Sürücülərdən diqqətli olmaları xahiş olunur.

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri, Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından Bakı Dairəvi-1 avtomobil yoluna çıxan istiqamətdə, həmçinin Bakı Dairəvi-1 avtomobil yolunun Lökbatan dairəsi istiqamətində üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılır.

AzNews.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) məlumatında deyilir.

Bu üzdən sürücülərdən sözügedən istiqamətdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

AzNews.az