- Toplum
- 3 Yanvar 2019 21:31
- 2 160
Bakıda çoxmərtəbəli bina yandı: 20 nəfər təxliyə edildi
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.
AzNews.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində qeydə alınıb.
Belə ki, ümumi sahəsi 85 m² olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları və əşyaları 16 m² sahədə, eyvanında quraşdırılmış məişət avadanlığı və qaz sayğacı yanıb, dəhlizinin divar üzlüyü 6 m² sahədə qarsalanıb. Yanğın zamanı 20 nəfər yanğınsöndürənlər tərəfindən təxliyə edilib, xəsarət alan olmayıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın söndürülüb.
AzNews.az