- Toplum
- 4 Yanvar 2019 10:36
- 1 630
Bakıda bina belə yandı - VİDEO
Bakının Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğının görüntüləri yayılıb.
Binanın 6-cı mərtəbəsindəki mənzildə baş verən yanğına səbəb həmin mənzildəki paltaryuyan maşının alışması olub.
FHN-nin verdiyi məlumata görə, hadisə nəticəsində ümumi sahəsi 85 kv.m olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları və əşyaları 16 kv.m sahədə, eyvanında quraşdırılmış məişət avadanlığı və qaz sayğacı yanıb, dəhlizinin divar üzlüyü 6 kv.m sahədə qarsalanıb.
Yanğın zamanı 20 nəfər yanğınsöndürənlər tərəfindən təxliyə edilib, xəsarət alan olmayıb.
© AzNews.az