"Ət kəsimi və satışı ilə məşğul olan sahibkarlar bu prosesdə iştirak edə bilərlər". "Ət kəsimi və satışı ilə məşğul olan sahibkarlar bu prosesdə iştirak edə bilərlər".
  • Toplum
  • 4 Yanvar 2019 22:45
  •  2 534

Bakıda qanunsuz ət satışı ən çox bu rayonlardadır - VİDEO

"Ət kəsimi və satışı ilə məşğul olan sahibkarlar bu prosesdə iştirak edə bilərlər".

Ölkədə ət və ət məhsullarının dövriyyəsi ilə bağlı neqativ halların qarşını almaq üçün ciddi tədbirlər görüləcək.

AzNews.az-ın “Xezerxeber.az”a istinadən xəbərinə görə, bu barədə Qida Təhlükəsizliyi Agentliyinin heyvan sağlamlığı və baytarlıq nəzarəti şöbəsinin müdiri, Respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev məlumat verib.

O bildirib ki, sanitariya və gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında heyvan kəsimi və satışının qarşının alınması məqsədilə nəzarət gücləndiriləcək.

Qalib Əbdüləliyev müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə müasir standartlara uyğun heyvan kəsimi və satışı məntəqələrinin yaradılması istiqamətində işlərin davam etdirildiyini də bildirib. Ət kəsimi və satışı ilə məşğul olan sahibkarlar bu prosesdə iştirak edə bilərlər.

Şöbə müdiri qanunsuz ət kəsimi və satışı ilə bağlı ən çox qayda pozuntusunun paytaxtın Nizami, Binəqədi və Yasamal rayonlarında aşkarlandığını bildirib. Buna görə də nəzarət tədbirlərinə ilkin olaraq həmin rayonlardan başlanacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

AzNews.az