Reklam lövhələri yenilənir – VİDEO

Ölkəyə müasir qurğulu lövhələr gətirilib.

“Müvəqqəti narahatçıllığa görə üzr istəyirik”, “komputer”, “pirinter” və bu tip səhvləri paytaxtın istənilən yerlərində görmək olur.

Elə səhvlərə görə Dövlət Reklam Agentliyi təkcə ötən il 3500-dən artıq reklamın yayımını dayandırıb.

Hüseyn Azəri – Dövlət Reklam Agentliyinin mətbuat katibi: “Bunların arasında dil normalarını pozulan, qanuna cavab verməyən reklamların yayımı dayandırılıb”.

Reklamlardan bağlı daha bir yaralı yerimiz isə sosial çarxlardır. Bunları isə əksinə tapmaq qeyri-mümkündür.

Sakin: “Vətənpərvərlik mövzusunda olmasını istəyərdim”.

Sakin: “Əsas kəmiyyət yox, keyfiyyətdir”.

Agentlik burada cavabdeh qurumları qınayır. Sosial reklamlar üçün heç bir rüsum yoxdur. Yalnız reklamı verməli olanlar maraq göstərməlidir.

Hüseyn Azəri – Dövlət Reklam Agentliyinin mətbuat katibi: “İctimaiyyət üçün lazım olan informasiyaların daha çox yayımlanmasının tərəfdarıyıq. Sosial çarxların yayımı üçün ölkədə heç bir problem yoxdur. Kimsə bu farmada reklam yayımlamaq istəyirsə, müraciət edir və bu reklamlar yayımlanır”.

Reklamlarla bağlı müsbət xəbər isə lövhələrlə bağlıdır. Ölkəyə müasir qurğulu lövhələr gətirilib. Artıq onlardan 30-u patyaxtın Neftçilər, Heydər Əliyev prospektləri, Yusif Səfərov, Zərifə Əliyeva və digər küçələrində quraşdırılıb. İstifadəyə yarasızlar isə dəyişdirlib.

Hüseyn Azəri – Dövlət Reklam Agentliyinin mətbuat katibi: “Bu reklam qurğuları sifariş olunarkən paytaxt və bölgələrin iqlim şəraiti nəzərə alınıb. Belə ki, yeni reklam kostruksiyaları küləkli havaya dözümlü olmaqla yanaşı onların led ekranları, şüşələri iqlim şəraitinə davamlıdır”.

Dövlət Reklam Agentliyi cari ildə ümumilikdə 240 ədəd yeni reklam lövhəsinin quraşdırılacağını vəd edir. Proses mərhələli şəkildə davam etdiriləcək. (ARB TV)

AzNews.az