Yasamalda ağac kəsilməsi ilə bağlı nazirlikdən - AÇIQLAMA

Tam qurumuş və qəzalı vəziyyətdə olan bir ədəd qovaq ağacı kəsilib.

Paytaxtda təhlükəli, qurumuş ağac kəsilib, bir neçəsi isə budanıb.

Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

Onun sözlərinə görə, işlər nazirliyin rəyi əsasında aparılıb: “Yasamal rayonu, İzmir küçəsi 5A ünvanında, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi əsasında Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyi tərəfindən tam qurumuş və qəzalı vəziyyətdə olan bir ədəd qovaq ağacı kəsilib. Təhlükə yaradan digər ağaclar isə budanıb”.

AzNews.az