Yola aşan ağac hərəkəti bağlayıb. Yola aşan ağac hərəkəti bağlayıb.
  • Toplum
  • 15 Yanvar 2019 20:26
  •  1 556

Bakıda aşan ağac avtomobilə ziyan vurdu

Yola aşan ağac hərəkəti bağlayıb.

Bakıda külək qurumuş ağacı aşırıb.

Hadisə Yasamal rayonu, Əsəd Əhmədov küçəsində baş verib.

Aşan qovaq ağacı yolun kənarında park edilmiş "Hyundai" markalı avtomobilə ziyan vurub. Sakinlərin sözlərinə görə, xoşbəxtlikdən həmin vaxt ərazidə adam olmayıb.

Yola aşan ağac hərəkəti bağlayıb. Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov Trend-ə bildirib ki, aşan ağacın ərazidən götürülməsi üçün tədbir görüləcək.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti küləyin daha da güclənəcəyi ilə bağlı xəbədarlıq edib.

Yanvarın 16-dan 17-nə keçən gecədən başlayaraq yanvarın 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir. Şiddətli şimal-qərb küləyinin əsəcəyi, küləyin maksimal sürətinin 28-33, arabir 35-38 m/s-yə çatacağı proqnozlaşdırılır. (trend)

AzNews.az