"Əməliyyat yolu ilə kanalın bərpasına qərar verilib". "Əməliyyat yolu ilə kanalın bərpasına qərar verilib".
  • Toplum
  • 21 Yanvar 2019 17:02
  •  1 462

Bədənini isti armatur deşən xəstəni sağaltdılar

"Əməliyyat yolu ilə kanalın bərpasına qərar verilib".

Azərbaycan Tibb Universietinin urologiya kafedrasının müdiri, Azərbaycan Uroloqlar Cəmiyyətinin sədri Südeyif İmamverdiyevin rəhbərliyi ilə 28 yaşlı gənc sağlamlığına qovuşub.

AzNews.az xəbər verir ki, mürəkkəb əməliyyat yolu ilə xəstədə tamamilə qapanmış sidik kanalı bərpa olunub.

S.İmamverdiyev qeyd edir ki, iki ay əvvəl 28 yaşlı gənc ciddi problem yaşayıb - isti armatur oğlanın ayaqlarının arasından keçib. Həddən artıq qızan yüksək temperaturlu armatur gəncin bədənini deşib keçərək sarğısından çıxıb. Bu da həmin nahiyədə böyük bir yara əmələ gətirib.

“Bundan sonra gəncdə armatur keçən yer tamamilə yanıb, ona görə də sidik kanalı tam dağılıb. Bu səbəbdən də xəstə sidiyə gedə bilmirdi, 3 yerdə ciddi yaraları vardı. Sidiyi xaric etməsinə yardımçı olmaq üçün qarnın aşağı hissəsindən (qasıqüstü nahiyədən) sidik kisəsinə boru taxdıq”.

Tanınmış uroloq həkim bildirir ki, müayinələr nəticəsində pasiyentin sidik kanalı tamamilə abiterasiya olub, yəni tamamilə çapıqlarla qapanıb. Odur ki, əməliyyat yolu ilə kanalın bərpasına qərar verilib.

S.İmamverdiyevin rəhbərliyi ilə aparılan əməliyyat zamanı kanaldakı qapanmayan hissələrin ucları bir-birinə birləşdirilib.

“Bu əməliyyatın çətinliyi onda idi ki, qapanmış nahiyəni bərpa etmək üçün toxuma çatışmazlığı ola bilərdi. Belə olacağı təqdirdə, mərhələlərlə əməliyyat aparıb digər nahiyələrdən - hətta ağız boşluğundan selikli qişanı götürüb ora köçürmək, kanal düzəltmək üçün o hissədə toxuma yaratmaq lazım idi”.

Həkim qeyd edir ki, 3 saat yarım davam edən əməliyyat uğurla tamamlanıb və anatomik yol bərpa olunub.

AzNews.az

image description