Azərbaycanda demoqrafik vəziyyət açıqlanıb. Azərbaycanda demoqrafik vəziyyət açıqlanıb.
  • Toplum
  • 21 Yanvar 2019 17:49
  •  1 929

Azərbaycan əhalisinin sayı açıqlandı

Azərbaycanda demoqrafik vəziyyət açıqlanıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ölkə əhalisinin sayı ötən ilin əvvəlindən 76493 nəfər artaraq 2018-ci il dekabr ayının 1-də 9974578 nəfərə çatıb.

Bir kvadrat kilometrə düşən əhalinin sayı 115 nəfər olub. Ümumi əhalinin 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

© AzNews.az