• Toplum
  • 22 Yanvar 2019 10:46
  •  370

Dəmir yolu ilə yük daşımaları azalıb

Ötən il sutka ərzində orta hesabla 338 vaqon yüklənib, 411 vaqon isə boşaldılıb.

2018-ci ildə Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 13,7 mln. ton yük, 2 785,4 min sərnişin daşınıb.

Dövlət Statistika Komitəsi xəbər verir ki, bu, 2017-ci illə müqayisədə müfaviq olaraq 5,7% az və 11,8% çoxdur.

Ötən il sutka ərzində orta hesabla 338 vaqon yüklənib, 411 vaqon isə boşaldılıb.

Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 12,7 min ton, Qərb istiqaməti üzrə 5,4 min ton, Cənub istiqaməti üzrə isə 0,8 min ton yüklənmə işi yerinə yetirilib.

© AzNews.az