7 mərtəbəli binadan özünü atmaq istəyib 7 mərtəbəli binadan özünü atmaq istəyib
  • Toplum
  • 23 Yanvar 2019 12:45
  •  2 370

Bakıda intihara cəhd

7 mərtəbəli binadan özünü atmaq istəyib

Abşeron rayonunda intihara cəhd hadisəsi qeydə alınıb.

AzNews.az FHN-ə istinadən xəbər verir ki, Mehdiabad qəsəbəsində 1 nəfər yeddimərtəbəli binanın damına çıxaraq intihar etmək niyyətini deyib. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

AzNews.az