13-35 yaş aralığında hər kəs sözügedən təlimlərdə iştirak edə bilər. 13-35 yaş aralığında hər kəs sözügedən təlimlərdə iştirak edə bilər.
  • Toplum
  • 24 Yanvar 2019 10:45
  •  1 367

“Praktiki mühəndislik və liderlik” dərnəkləri təşkil edildi - Şamaxıda

13-35 yaş aralığında hər kəs sözügedən təlimlərdə iştirak edə bilər.

Şamaxı Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və BMT-nin İnkişaf Proqramının birgə təşkilatçılığı ilə Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyası (AREA) tərəfindən Şamaxıda “Praktiki mühəndislik və liderlik” təlimləri təşkil edilib. Şamaxı İncəsənət Təhsili Mərkəzində keçirilən təqdimat mərasimində rayon təhsil müəssisələrinin tələbə, şagird və müəllim heyəti iştirak edib.

AzNews.az xəbər verir ki, tədbirdə çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnforfasiya cəmiyyətinin və elektron idarəçiliyin innovativ inkişafı şöbəsinin müdiri Rəşad Əzizov bildirib ki, “Robopark” layihəsi çərçivəsində indiyədək Bakı şəhərində tədbirlər keçirilib, regionlarda isə ilk dəfə olaraq Şamaxı şəhərində belə bir təlim təşkil olunur.

BMT-nin İnkişaf Proqramının layihə meneceri Vasif Məmmədov gənclərin müasir texnologiya sahəsində əldə etdiyi biliklərin onların gələcək hazırlığında mühüm rol oynayacağını qeyd edib.

Tədbirdə təqdimatla çıxış edən Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının mütəxəssisləri akademiya tərəfindən həyata keçirilən layihələr barədə ətraflı məlumat veriblər. Bildirilib ki, məşğələlər, əsasən, 8-16 yaş aralığında uşaqları əhatə edəcək.

Məlumat verilib ki, 4 ay ərzində davam edəcək “Mən Pilotam” təlimi (dronların öyrənilməsi, yığılması, test edilməsi) isə 8-12 yaş məktəblilərə dron texnologiyalarını öyrənmək və əyləncəli vaxt keçirmək imkanı yaradacaq.

“AREAduino” təlimlərinin (mürəkkəb kodlama, “Arduino” platforması ilə işləmə və “Əşyalar interneti” texnologiyaları) müddəti isə 6 aydır. Belə ki, valideynlər də öz övladları ilə birlikdə bu təlimə qoşula bilərlər. 13-35 yaş aralığında hər kəs sözügedən təlimlərdə iştirak edə bilər.

Qeyd edək ki, təlim yaş kateqoriyaları üzrə müxtəlif qruplarda keçirilir.

Həmçinin, Şamaxı məktəblilərinə tədris olunacaq “Yapon mühəndisliyi (GENESİS)” proqramı haqqında məlumat verilərək bildirilib ki, bu kurs 8-13 yaş uşaqlar üçün 3 istiqamətdə tədris olunur. Məlumat verilib ki, proqram yapon texnologiyası təhsil sistemi əsasında hazırlanmış modullardan ibarətdir. Buraya 3D texnologiyalarının tədrisi daxildir.

Səidə Nurməmmədli

AzNews.az

image description image description