Təlimlərin 1-ci mərhələsi baş tutub. Təlimlərin 1-ci mərhələsi baş tutub.
  • Toplum
  • 28 Yanvar 2019 14:24
  •  2 020

“NatiqSən” layihəsinin açılış mərasimi keçirildi

Təlimlərin 1-ci mərhələsi baş tutub.

AzNews.az xəbər verir ki, Azərbaycan Gənclər Fondunun Azərbaycan Gənclər Fondunun (Azerbaijan Youth Foundation) elan etdiyi XI qrant müsabiqəsi çərçivəsində qalib olan "NatiqSən" layihəsinin 26 və 27 yanvar tarixlərində açılış mərasimi və təlimlərin 1-ci mərhələsi keçirilib.

Layihə rəhbəri Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının III kurs tələbəsi Güntəkin Mehnətlidir.

Layihənin məqsədi Neftçala şəhərində yaşayan 11-ci sinif şagirdlərinin natiqlik qabiliyyətinin inkişaf etdirilməsi və onlarda sosial problemlərə qarşı diqqətin artırılmasıdır.

Nigar CƏFƏR

AzNews.az