Səhmləri “Toyota Absheron Center” MMC alıb. Səhmləri “Toyota Absheron Center” MMC alıb.
  • Toplum
  • 1 Mart 2019 10:19
  •  1 803

“Bakı Sığorta”ya yeni səhmdar gəldi

Səhmləri “Toyota Absheron Center” MMC alıb.

“Bakı Sığorta” ASC-nin səhmlərinin 12,3382%-i (hər birinin nominal dəyəri 760 manat olan 1 449 səhm) kənar investora satılıb.

Səhmləri “Toyota Absheron Center” MMC alıb.

Xatırladaq ki, “Bakı Sığorta” 1994-cü ildə "Tural Sığorta" adı ilə yaradılıb, 2007-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 8 925 440 manatdır. İndiyə qədər şirkətin səhmlərinin 57,9785%-i “Bank Respublika”ya, hər biri 9,375% olmaqla "Diamond Motors", "Subaru Azerbaijan" və "Yeni Motor" MMC-lərə, 6,9653%-i Murad Arif oğlu Rəhimova, 6,9312%-i Behbud Çingiz oğlu Nəcəfova məxsus olub. Göründüyü kimi, səhmdarlar arasında alqı-satqı predmeti olmuş səhmlər qədər paya malik olanı yoxdur. Bu isə onlardan birinin və yaxud bir neçəsinin malik olduğu səhmlərdən bir hissəsini yeni səhmdara satması qənaətinə gəlməyə imkan verir.(report.az)

AzNews.az