- Toplum
- 3 Mart 2019 15:39
- 2 198
Dərman əvəzinə sirkə turşusu içdi, zəhərləndi

Abşeronda zəhərlənmə hadisəsi baş verib
Hadisə Masazırda fərdi yaşayış evində qeydə alınıb.
Belə ki, Abşeron rayon sakini 1987-ci il təvəllüdlü Əliyeva Turan Zakir qızı yaşadığı evdə səhvən dərman əvəzinə sirkə turşusu içib. Zəhərlənən qadın Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti ağırlaşdığından xəstə Respublika Toksikologiya Mərkəzinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.(report.az)
AzNews.az