- Toplum
- 5 Mart 2019 15:08
- 2 355
8 Martda hava necə olacaq?

Mart ayının 8-də hava şəraiti küləkli və nisbətən soyuq olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 Mart-Beynəlxalq Qadınlar Gününə gözlənilən ilkin hava proqnozunu açıqlayıb.
ETSN-nin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyevanın sözlərinə görə, mart ayının 8-də hava şəraiti küləkli və nisbətən soyuq olacaq:
“Arabir güclənən şimal küləyinin sürətinin saniyədə 15-20 metr olacağı, günün birinci yarısında 23 m/s-yə çatacağı gözlənilir. Havanın temperaturu 8 dərəcəyə yaxın olacaq ki, bu da qış ayları üçün səciyyəvi göstəricidir. Ümid edirik ki, xanımlarımızın təbəssümü günəş şəfəqləri kimi ətrafı isidəcək”.
AzNews.az