2019-cu ilin ikinci rübündə Gəncə-Naxçıvan-Gəncə aviareysinin açılması planlaşdırılır. 2019-cu ilin ikinci rübündə Gəncə-Naxçıvan-Gəncə aviareysinin açılması planlaşdırılır.
  • Toplum
  • 7 Mart 2019 12:50
  •  2 562

AZAL Gəncə-Naxçıvan reysini bərpa edə bilər

2019-cu ilin ikinci rübündə Gəncə-Naxçıvan-Gəncə aviareysinin açılması planlaşdırılır.

Bu barədə Nazirlər Kabinetinin 2018-ci ilin yekunları ilə bağlı hesabatında məlumat verilir.

Hesabatda qeyd olunur ki, “AZAL” QSC-nin həmin reysi həyata keçirmək üçün texniki imkanları mövcuddur:

“Hazırda bu aviareysin iqtisadi cəlbediciliyini artırmaq və əlavə itkilərin qarşısının alınması üçün işlər aparılır”.

Qeyd edək ki, Gəncə-Naxçıvan reysi dəfələrlə fəaliyyət göstərib və bağlanıb.

Uçuşlar həftədə 4 dəfə keçirilib və müddəti 1,5 saata bərabər olub.

AzNews.az