Süleyman Həmidli layihə haqqında ətraflı məlumat verib. Süleyman Həmidli layihə haqqında ətraflı məlumat verib.
  • Toplum
  • 6 Mart 2019 21:22
  •  2 308

"Gənclərin ədəbi dünyası" təqdim edildi - FOTOLAR

Süleyman Həmidli layihə haqqında ətraflı məlumat verib.

Binəqədi rayonunda Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsi və YAP Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin təşkilatı dəstəyi ilə XI qrant müsabiqəsinin qalibi, Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinin IV kurs tələbəsi Süleyman Həmidli “Gənclərin Ədəbi Dünyası” adlı layihəsi həyata keçirilib.

21 dekabr 2018-ci il tarixdə “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində keçirilən layihənin açılış mərasimində “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin əməkdaşı Mahmud Məmmədzadə və tələbələr iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan “Gənclərin Ədəbi Dünyası” layihəsinin rəhbəri Süleyman Həmidli layihə haqqında ətraflı məlumat verib, layihənin həyata keçirilməsində göstərdikləri köməyə görə təşkilatçılara öz təşəkkürünü bildirib.

Sonra çıxış edən Gənclər evinin əməkdaşı Mahmud Məmmədzadə ölkəmizdə, o cümlədən Binəqədi rayonunda gənclərə göstərilən diqqət və qayğıdan danışıblar. Qeyd olunub ki, Gənclər fondunun dəstəyi ilə artıq gənclər asanlıqla öz ideyalarını gerçəkləşdirə bilirlər. “Gənclərin Ədəbi Dünyası ” layihəsinin çox aktual mövzuya, gənclərin mütaliəyə marağının artırılmasına həsr olunduğunu vurğulayan natiqlər, bu cür layihələrin davamlı olmasını arzulayıblar.

23 və 25 dekabr 2018-ci il tarixdə “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində layihə çərçivəsində təqdimatlar keçirilib.

Qeyd edək ki, “ Gənclərin Ədəbi Dünyası ” layihəsində İmera-fera, Cümhuriyyətin varisləri, 100 il, Universal, Xəmsə komandaları müxtəlif mövzular əsasında təqdimatla çıxış ediblər.

Sonda fərqlənən komanda sertifikat və hədiyyə ilə, digər iştirakçılar isə sertifikatla təltif ediliblər.

AzNews.az

image description image description image description image description image description image description image description