"Vəziyyəti yaxşıdır". "Vəziyyəti yaxşıdır".
  • Toplum
  • 19 Mart 2019 10:58
  •  10 711

2 yaşlı yanan uşaq 8-ci dəfə əməliyyat olundu - VİDEO

"Vəziyyəti yaxşıdır".

Yanaraq ağır bədən xəsarətləri alan və fevralın 21-də Türkiyənin İstanbul şəhərinə aparılan iki yaşlı Anjela 8-ci dəfə əməliyyat olunub.

AzNews.az xəbər verir ki, bu barədə Uşaqların Xoşbəxt Gələcəyi İctimai Birliyinin sədri Nərgiz Kərimova məlumat verib.

O, 8-ci əməliyyatın uğurlu keçdiyini qeyd edib:

“Əməliyyat uğurlu keçib. Anjelanın vəziyyəti yaxşıdır”.

Qeyd edək ki, hadisə fevral ayının ikinci ongünlüyündə Azərbaycanın rayonlarının birində baş verib. 2 yaşlı Anjela ehtiyyatsızlığın qurbanı olub. O, evlərində baş vermiş yanğında başından, əlindən və ayağından ağır yanıq xəsarətləri alıb.

Bahar RÜSTƏMLİ

AzNews.az